Həyat yoldaşı Nizami Piriyevdən boşanıb - Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldı

Həyat yoldaşı Nizami Piriyevdən boşanıb - Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldıMəşhur azərbaycanlı oliqarx, "PNN Group" şirkətinin rəhbəri Nizami Piriyev həyat yoldaşından boşanıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nizami Piriyevlə həyat yoldaşının boşanmasına səbəb iş adamının əmlaklarının müsadirə olunması və aralarında buna görə problemlərin yaranması olub. Belə ki, "PNN Group" rəhbəri özünə və həyat yoldaşına məxsus əmlakları girov qoyaraq Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb. Amma krediti ödəmədiyi üçün əmlaklar müsadirə edilib və hərrac yolu ilə satışa çıxarılıb.

Nizami Piriyev 2014-cü ildə bankdan 4.2 milyon manat kredit götürüb. Bu məbləğdə kredit ona 2019-cu ilədək illik 14 faizlə verilib. Lakin Nizami Piriyev kredit borcundan bir qəpik belə ödəməyib və borc faizlərlə birlikdə 5.203.472,49 manata yüksəlib.

Bundan sonra Nizami Piriyevin adına olan müxtəlif daşınmaz əmlaklar, o cümlədən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu yaxınlığında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası hərraca çıxarılıb və 2.500.419,80 manata satılıb. Sözügedən məbləğ bankın kredit borcuna yönəldilib. Bundan sonra onun banka 2.705.966,25 manat borcu qalıb. Bu məbləğin ödənilməsi üçün ona vaxt verilib. Lakin yenə də ödəniş edilməyib.

Aparılan araşdırma zamanı Nizami Piriyevin adına yenidən müxtəlif daşınmaz əmlaklar, o cümlədən boşandığı həyat yoldaşı C.Əsədova ilə birgə nigah dövründə aldıqları Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili və Nizami küçəsindəki 50 saylı evin 29/30 saylı mənzili aşkar edilib. Sözügedən əmlaklar 20 iyul 2022-ci ildə "Bakı Hərrac Mərkəzi" MMC tərəfindən satışa çıxarılıb. 28/31 saylı mənzil üçün bazar dəyəri 413.000 manat, 29/30 saylı mənzil üçün 212.000 manat müəyyən edilib. Hərraca çıxarılmış mənzillərin alıcısı olmadığı üçün eyni məbləğə Beynəlxalq Banka satılıb.

Nizami Piriyevin keçmiş həyat yoldaşı məhkəmədə iddia qaldıraraq sözügedən mənzillərin satışının qanunsuz olduğunu bildirib. Həmin mənzillərin mülkiyyət hüququnun 1/2 hissəsinin ona məxsus olduğunu deyib. O, Nizami Piriyev ilə birgə nikah dövründə əldə etdikləri əmlakların özünə məxsus paylarını heç bir banka girov və ya ipotekaya qoymadığını, eləcə də Nizami Piriyev tərəfindən girov və ya ipotekaya qoyulmasına razılıq vermədiyini bildirib. C.Əsədova məhkəmədən "Bakı Hərrac Mərkəzi" MMC-nin qərarının ləğv olunmasını tələb edib.

Məhkəmənin qərarı ilə C.Əsədovanın iddiası təmin edilib və 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə müqavilə etibarsız hesab olunub.

Qeyd edək ki, bir neçə il əvvəl Nizami Piriyev "Beynəlxalq Bank işi" ilə bağlı həbs edilib. Sonra azadlığa buraxılan "kredit oliqarxı"nın hazırda xaricdə dəyəri milyonlarla ölçülən biznes obyektlərinin olduğu deyilir. Oğlu Nəsib Piriyevin Londonda 560 milyon dollara futbol klubu alması ilə bağlı da KİV-də dəfələrlə məlumat yayılıb.

Azərbaycanlı iş adamı, "Butastone" şirkətinin sahibi Namiq Əsədov isə Namiq Piriyevin qaynı olub. O, həmçinin piriyevlərə məxsus "AzMeCo" şirkətinə və digər biznes qurumlarına rəhbərlik edib.
Həyat yoldaşı Nizami Piriyevdən boşanıb - Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldıHəyat yoldaşı Nizami Piriyevdən boşanıb - Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldıHəyat yoldaşı Nizami Piriyevdən boşanıb - Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2730   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr