Rasim Məmmədov Əvəz Zeynallının məhkəməsinə gəldi, dava düşdü

Rasim Məmmədov Əvəz Zeynallının məhkəməsinə gəldi, dava düşdüBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" "YouTube" kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "Baku Steel Company" MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov məhkəmə zalına gətirilib.

O ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır:

"Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan söhbət gedir?

Efirdə olanda deyirdi ki, sübut edəcəyəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam".

Rasim Məmmədovun dediyinə görə, Loğman Zülfüqarlını üç dəfə görüb:

"Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm.

Tənqid başqadır, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım".

Hakim şahidin ifadəsinə replikalar atan Əvəz Zeynallıya xəbərdarlıq yazıb.

Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.

Prokuror suallarını verdiyi zaman Əvəz Zeynallı məhkəməyə etiraz edib:

"Məni zala qolumda qandalla gətirirsiniz. Amma Rasim Məmmədovu qandalsız. Hansı haqq-ədalətdən danışırsınız".

Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.

Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədir gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.

Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.

O, əlavə edib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb:

"O sənədləri qaldırın görün, mən Loğman Zülfüqarlıdan bir faiz pay almışammı?".

Vəkil: Əvəz Zeynallını heç məhkəməyə vermisiniz?

Rasim Məmmədov: Bəli, mən onu Səbail Rayon Məhkəməsinə vermişəm.

Əvəz Zeynallı: "Rasim müəllim, məni görmüsünüz? Sizə zəng etmişəm?".

Rasim Məmmədov: "Yox. Mən, ümumiyyətlə, telefon gəzdirməmişəm".

Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib.

Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.

Prokuror Əvəz Zeynallının özünü apara bilmədiyi üçün məhkəmə zalından çıxarılmasını tələb edib.

Hakim əsəbiləşərək Əvəz Zeynallını zaldan çıxarıb. Elə bununla da zalda əyləşən proses iştirakçıları etiraz olaraq zalı tərk ediblər.

Zalda tərəflər arasında dava düşüb. Əvəz Zeynallı zaldan çıxarılarkən məhkəməni və aparılan prosesləri təhqir edib.

Məhkəmə prosesi naməlum vaxta təyin edilib.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq, onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək, onun ailəsindən 20 min manat rüşvət alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1328   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr