Sertifikatlaşdırmadan kəsilən 147 müəllim məktəbdə başqa işlə təmin edilib

Sertifikatlaşdırmadan kəsilən 147 müəllim məktəbdə başqa işlə təmin edilibMüəllimlərin təkrar sertifikatlaşdırmasından kəsilən 147 nəfər sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.

Bu barədə APA yerli təhsili idarəetmə orqanlarından məlumat əldə edib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki müəssisələr üzrə 141 müəllim təkrar sertifikatlaşdırmadan uğursuz nəticə göstərib. Onlardan 49 nəfəri sosial pedaqoq vəzifəsinə təyin olunub.

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında göstərdiyi uğursuz nəticəyə görə 74 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib, sonradan 18 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 194 nəfər imtahandan keçməyib. Lakin sosial baxımdan həssas əhali qrupuna aid edilən 44 nəfəri sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 321 nəfər təkrar sertifikatlaşdırmadan kəsilib, onlardan 36 nəfəri sonradan müvafiq işə qəbul olunub.

Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Təkrar sertifikatlaşdırmaya cəlb edilmiş müəllimlərdən 743 nəfər isə imtahandan keçməmiş və onların əmək müqaviləsinə "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixindən xitam verilmişdi. Onlardan 13 nəfəri birbaşa nazirliyə tabe müəssisələrdə çalışan şəxslər olub. Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılıb. Komissiyalar 5 sentyabr tarixindən fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən bütün şəxslərlə görüşülüb, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1866   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr