Samir Şərifov: "Dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazırlanır" - MÜSAHİBƏ

Samir Şərifov: "Dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazırlanır" - MÜSAHİBƏ"Biz istəmirik ki, sahibkar hələ bir qəpik qazanmadan idxal zamanı gömrükdə əlavə xərclərə məruz qalsın, çünki bu xammal və materiallar onsuz da bizdə yoxdur".

Bu sözləri APA-ya müsahibəsi zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Həmin müsahibəni təqdim edirik:

- Samir müəllim, 2024-cü ilin büdcə layihəsində səhmlərində dövlətin payı olan cəmi iki şirkətin büdcəyə dividend ödəməsi proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycan Beynəlxalq Bankı (150 milyon manat) və Azərbaycan Dövlət Neft Şirkətidir ( 408 milyon manat). Digər dövlət şirkətləri hansı səbəbdən büdcəyə dividend ödəmir?

- Səhmlərində dövlətin payı olan şirkətlərin dövlət büdcəsinə dividend ödəməsi ilə bağlı hökumət hal-hazırda müəyyən metodoloji əsaslar üzərində işləyir. Nə zaman ki, dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazır olacaq, o zaman biz bütün suallara cavab verə biləcəyik.

- Növbəti ilin yanvar ayının 1-də Azərbaycana gətirilən 272 adda xammal və materialların idxalı üzrə gömrük rüsumlarının dərəcələri yeddi il müddətinə sıfıra endiriləcək. Bu məhsulların gömrük rüsumlarından azad edilməsinin 2024-cü ilin büdcə gəlirlərinə 100 milyon manat azaldıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Bu güzəştlərin büdcəyə birbaşa və dolayı yolla təsiri necə olacaq?

- Bəli, bu güzəştlərə görə gömrük daxilolmaları azalacaq, amma digər tərəfdən vergi daxilolmaları artacaq. Belə ki, söhbət Azərbaycanda istehsalı olmayan xammal və materialların idxal gömrük rüsumlarının sıfıra endirilməsindən gedir. Bu məhsullar sahibkarlar tərəfindən ölkəyə gətirilərkən idxal gömrük rüsumları ödənilir. Xammal və materiallar idxal edildikdən sonra istehsal və emal prosesinə başlanılır. Xaricdən gətirilən xammal və materiallara gömrük rüsumlarının tətbiqi öz növbəsində istehsala başlamadan məhsulun maya dəyərinə artırıcı təsir göstərir.
Hökumətin bu güzəştlərə getməsinin səbəbi sahibkara dəstək verməkdir. Biz istəmirik ki, sahibkar hələ bir qəpik qazanmadan idxal zamanı gömrükdə əlavə xərclərə məruz qalsın, çünki bu xammal və materiallar onsuz da bizdə yoxdur. Növbəti ildən vəziyyət sahibkarların xeyrinə dəyişəcək. Belə ki adıçəkilən məhsulların gömrük rüsumlarından azad edilməsi istehsal ediləcək məhsulların maya dəyərinin azalmasına birbaşa təsir göstərəcək. Bu tədbirlər sahibkarların stimullaşdırılmasına, istehsal və emal sənayesinin inkişafına təsir göstərəcək. Beləliklə, istehsal edilən məhsulların həm həcmi, həm də satışı artacaq. Bu da, öz növbəsində, müvafiq olaraq vergi ödənişlərini artıracaq. Son nəticə olaraq, atılan bu addımlar sayəsində büdcə uduzmayacaq, əksinə, vergi daxilolmalarının artması hesabına büdcə gəlirləri artacaq.

- Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 13 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 122 milyon manat azdır. Bu azalmanın əsas səbəbi nədir?

- Bu azalmanın birinci səbəbi neft-qaz sektorunda hasilatın azalmasıdır. Belə ki, əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Neft sektorunda hasilatın azalması nəticəsində konsorsiumlar tərəfindən daha az mənfəət vergisi ödənilir.

İkinci səbəb cari ildə qaz qiymətlərinin gözlənilmədən yüksəlməsi olub. Təbii qaz üzrə Avropada böhran olmuşdu və qiymətlər çox yüksək artmışdı. Biz bu yüksək qiymətləri nəzərə alaraq, cari ilin iyun ayında dövlət büdcəsinin gəlirlərinə yenidən baxılan zaman gəlirlərimizi kəskin sürətdə artırdıq. Artıq qaz qiymətləri normal vəziyyətinə qayıdıb - təxminən 400-500 dollar səviyyəsinə. Biz növbəti il eyni həcmdə qaz satsaq da, cari ildə olan qədər gəlir əldə edə bilməyəcəyik.

Qeyri-neft sahəsində isə vergi daxilolmaları yüksəlib. Nəticə etibarı ilə qeyri-neft gəlirlərinin yüksəlməsi, neft-qaz sahəsində olan azalmanı kompensasiya edə bilmir. Buna görə də ümumi vergi daxilolmaları azalıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 606   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr