Dövlət Sosial Müdafiə Fondunun investisiya hədəfi açıqlanıb

Dövlət Sosial Müdafiə Fondunun investisiya hədəfi açıqlanıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunvericilik paketi artıq hazırlanıb.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Aydındır ki, DSMF-nin ehtiyatları daha böyükdür. Işsizlikdən Sığorta Fodunun ehtiyatları isə daha kiçikdir. Ona görə də aralarında böyük bir məbləğ fərqi var. Paket olaraq hər ikisi hazırdır. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Artıq kapital bazarlarına təqribən 800 milyon manat həcmində investisiya edilib. Bu əsasən çox konservativ bir yanaşma ilə aparılır. Belə fondların təcrübəsindən də irəli gələrək ilk olaraq investisiya fəaliyyəti konservativ investisiya aləti ilə getməlidir", - nazir bildirib.

Onun sözlərinə görə, DSMF-in sərbəst vəsaitləri əsasən dövlət qiymətli kağızlarına, 5 %-i isə banklara yönəldilib: "Gəlirlilik dərəcəsi isə 8,1 - 8,3 % ətrafındadır".

S. Babayev bildirib ki, dövlət qiymətli kağızlarının satışı açıq hərraclar vasitəsilə keçirilir:

"DSMF də bu hərraclarda iştirak edir. Qaydaların iyun ayında təsdiqindən sonra avqustdan etibarən investisiyaya başlanıldı. Qaydalara əsasən, investisiya ancaq dövlət qiymətli kağızlarına, dövlət zəmanətli qiymətli kağızlara, 5 % həcmində bəlli kriteriyalara uyğun gələn, müvafiq rezervləri olan banklara, repo və əks-repo əməliyyatlarına yatırıla bilər. Bunlardan başqa yerlərə investisiya edilməsi səlahiyyəti bu gün nə DSMF-də var, nə də İşsizlikdən Sığorta Fondunda. Bu gün Azərbaycanın dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi kifayət qədər yüksəkdir və az risklidir. O vəsaitlərin hazırda başqa istiqamətlərə yönəldilməsi planlarımızda yoxdur.

İnvestisiyalardan əldə ediləcək gəlirin də hara yerləşdirilməsi istiqamətləri qaydalarda açıq şəkildə qeyd edilib. Burda bir neçə istiqamət var. Bunlardan birincisi sosial islahatların maliyyələşdirilməsidir".

S. Babayev əlavə edib ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. Bu vəsaitlər növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

Nazir vurğulayıb ki, ilin sonuna qədər 250 milyon manat əlavə investisiya edilməsi nəzərdə tutulur: "Ümumilikdə 1 milyard 50 milyon manat investisiya qoyulacaq. 8 %-dən [gəlirlilik dərəcəsi] götürsək bu investisiya ən azı 80 milyon manat gəlir gətirəcək ki, bu da imkan yaradacaq ki, ən azı min şəhid ailəsini bu vəsait hesabına mənzillə təmin edək və digər ehtiyaclara yönəldək".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1903   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr