"Qatarlar arasında intervalı azaltmaq mümkün deyil" – Bakı Metropoliteni
"Qatarların intervalının qısaldılması üçün nə mümkün variantlar varsa, biz onları tətbiq edirik. Bu gün "Koroğlu" metro stansiyası ən çox istifadəçisi olan stansiyamızıdır. Baxmayaraq ki, həmin ərazidə nəqliyyat qovşağı da yerləşir, amma bu stansiyamız son 5 ildə sərnişindaşımada lideridir. Bundan əlavə "28 May", "Elmlər Akademiyası" və digər stansiyalarımız sərnişindaşımada xüsusi rol oynayır.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda "Həzi Aslanov"la "28 May" arasında qatarlar 2 dəqiqəlik intervalla hərəkət edir:
"Günorta saatlarında "Dərnəgül" istiqamətində 13:18-də bir ehtiyat qatarı xəttə buraxırıq ki, sıxlığı maksimum nizamlaya bilək. Bu üsul kifayət qədər effekt verib. Müntəzəm olaraq monitorinqlər aparırıq və maksimum çıxış yolları tapmağa çalışırıq. Təəssüf ki, bu gün hazırkı qrafikdə daha az interval tətbiq etmək mümkün deyil. Xüsusən depomuzun xəttin ortasında yerləşməsi qrafikə dəyişiklik edilməsi baxımından ciddi problem yaradır.
Sıxlığın aradan qaldırılması istiqamətində "28 May" stansiyasında xətlərin ayrılması və bundan irəli gələn digər məsələlər, ümumilikdə isə xətlərin uzadılması vacibdir.
Hətta bəzən bildirirlər ki, qatarlarda vaqonların sayı artırılsın. Təəssüf ki, bu da texniki cəhətdən mümkün deyil, çünki bizim platformaların uzunluğu qısadır, bu mümkün deyil. Yəni vaqon sayından asılı olmayaraq, intervalları azaltmaq, daha çox vaqonlu qatarlara keçmək mümkün deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 05 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabr