Uşaqları peyvənd etdirməyən valideynlərin məsuliyyətə cəlb olunacağını deyən sektor müdirindən AÇIQLAMA

Uşaqları peyvənd etdirməyən valideynlərin məsuliyyətə cəlb olunacağını deyən sektor müdirindən AÇIQLAMASəhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalovanın "Uşaq hüquqlarının tribunası" mövzusunda keçirilən tədbirdə hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var deyərək, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlərin məsuliyyətə cəlb olunması və onlarla danışıqların aparılması ilə bağlı fikri müzakirələrə səbəb olub.

Valideynlər bu fikri birmənalı qarşılamayıblar və sırf peyvənd məsələsinə etibar etmədikləri üçün uşaqlarının sağlamlığına qarşı laqeyd yanaşdıqları iddialarını qəbul etməyiblər. Bu barədə sosial şəbəkələrdə kifayət qədər paylaşımlara rast gəlinir.

Ümumiyyətlə, peyvəndlərin vaxtında və təyinatı üzrə vurulması tibb işçiləri tərəfindən məlumatlandırıcı xarakterdə valideynlərə bildirilə bilər. Nəticədə peyvəndlərin uşaqlara vurulub-vurulmamasına dair yekun qərar valideynlərin seçiminə buraxılır.

"Uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlərin məsuliyyətə cəlb olunması" fikri qanunla doğrudurmu? Tibb işçisi bu fikri əsas gətirərək valideynlərlə danışıqlar aparılıb onların buna görə məsuliyyətə cəlb edilməsi lazım olduğunu irəli sürə bilərmi? Bu valideynlərin və uşaqların seçim hüququnu əlindən almırmı? Peyvəndlər könüllü olmalıdır, yoxsa məcburi?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib ki, söhbət hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsində qeyd edilən məsuliyyətdən gedir:

"Valideynlərin məsuliyyətə cəlb olunacağını deyərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsində qeyd edilən məqamlar nəzərdə tutulur. Həmin qanun uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması barədə məqamları özündə ehtiva edir. Peyvənd bu maddənin bir hissəsidir və həmin maddə də qeyd edilən digər hallarda da bu məsuliyyətə cəlb olunma qüvvədə qalır. Valideynlərin uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməsi ilə bağlı onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var. Bu kimi hallar israrla təkrarlandığı halda isə qanunla həmin valideynlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir".

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsində uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulmasından danışılır. Belə ki, həmin maddəyə əsasən:

"214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində müraciət edilməməsinə görə - xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1419   Tarix: 17 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub. "Report" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb

16 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr