Bir velosipedlə narkotikdən qurtulan aktyoru məzara nə apardı? - VİDEO
Robin Uilyams 1951-ci ildə dünyaya gəlib.
Robinin atası "Ford" şirkətinin uğurlu icraçısı Robert Uilyams, anası keçmiş model Laurie McLaurin Smith idi.
Uilyams ailəsi çox zəngin idi. Robin 11 yaşında olanda ailə Çikaqodan Detroit ətrafına köçür və burada 40 otaqlı evdə məskunlaşırlar.
Var-dövlət və məşhur nəsil ona xoşbəxtlik gətirmir. Oğlan tənha idi və valideynlərindən daha çox qulluqçularla ünsiyyət qururdu. Bahalı oyuncaqlar və dəbdəbə artıq çəkidən əziyyət çəkən və buna görə də çox utancaq olan Robinə xoşbəxtlik gətirmirdi.
Aktyor xatirələrində ilk illər yeganə yoldaşının və dostunun yalnız təxəyyülü olduğunu etiraf edib. Anasından miras qalan yumor hissi Robin Uilyamsa utancaqlığı aradan qaldırmağa və dostlar tapmağa kömək etdi.
Robin böyüdükcə sinifdə ən populyar oğlan olmağı bacardı. O, həm də dram dərnəyində mükəmməl aktyorluq qabiliyyətini göstərdi.
Məktəbi bitirdikdən sonra Robin Uilyams aktyorluq təhsilini davam etdirmək qərarına gəlir. 1973-cü ildə məşhur Nyu-York Juilliard Məktəbinin tələbəsi olur və burada teatr sənəti üzrə təhsil alır. Amma 3 ildən sonra müəllimi Con Hausmenin məsləhəti ilə ordan ayrılır və o, Robinə Los-Ancelesə getməyi məsləhət görür.
Robin Uilyamsın yaradıcılığı Los-Ancelesə köçdükdən sonra başladı, burada o, ilk dəfə komediya aktyoru kimi müxtəlif klubların səhnələrində göründü.
Bir gün məşhur prodüser Corc Şletter Robini görür və onu məşhur televiziya şousu "Lough-In"ə dəvət edir. Lakin bir müddət sonra layihə tamaşaçılarını itirir və bağlanır. Gənc sənətçi klublardakı əvvəlki çıxışlarına qayıtmalı olur.
"Komediya Eynşteyni" adlandırılan Robin Uilyams Amerikanın məşhur klublarına, daha sonra isə Böyük Britaniyaya dəvət olunur. Burada sənətçi tez bir zamanda çox məşhurlaşır, tezliklə "The Richard Pryor Show"a dəvət edilir. Demək olar ki, bütün komediya ustaları bu verilişin aktyor heyətinə qoşulmağı xəyal edirdilər. Robin Uilyams filmdə debütünü 1978-ci ildə edir.
Rejissor Harri Marşall Robini bir dəfə klubların birində görür və onu "Xoşbəxt günlər" serialında yadplanetli roluna dəvət edir. Mork kimi uğurlu obrazı prodüserlərə "Mork və Mindi" komediya şousunu yaratmaq ideyasını verir. Serial 1978-ci ildə ABC kanalında çıxır və 4 il yayımlanır. O vaxtdan bəri Mork ABŞ-də ən çox tanınan personaj olur.
Robin Uilyamsın fotoşəkilləri böyük qəzet və jurnalların üz qabığında dərc olunur. Sənətçi müxtəlif verilişlərin daimi qonağı olur.
"Popey" filmindəki baş rol aktyora daha da böyük şöhrət gətirir. Bir neçə cizgifilmini səsləndirən Robin daha çox "Ələddin" cizgifilmindəki "Cin" obrazını səsləndirməsi ilə yadda qaldı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək
A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini
3 iyul 2021Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman
18 sentyabr 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...
Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə
8 sentyabr 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021