AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİBAzərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sonxeber.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib.

F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub.

Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz yeddi xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

***

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

Sonxeber.az xəbər verir ki, meydan sahibləri 4:0 hesabla öndədirlər.

***

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

Sonxeber.az xəbər verir ki, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.

***

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha bir qol vurulub.

Sonxeber.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənməklə özünün və komandasının dördüncü qoluna imza atıb.

Beləliklə, təcrübəli hücumçu poker edib.

***

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha iki qol vurulub.

Sonxeber.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Hazırda "qırmızı-şeytanlar" 3:0 hesabı ilə öndədirlər.

***

Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda azlıqda qalıb.

Sonxeber.az-ın məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

***

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.

Sonxeber.az-ın məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.

Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.

***

Brüsseldə Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunu start götürüb.

Sonxeber.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qeyd dək ki, matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.

***

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Sonxeber.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Brüsseldə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda Belçika yığması 17 xalla F qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan yığması isə hesabında yeddi xalla dördüncüdür.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1550   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub. "Report" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb

16 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr