Keçmiş iş adamı onun evindən sevgilisini aparmaq istəyən sahibkarı bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Dəmir Əlibəylinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sonxeber.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 24 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Dəmir Əlibəylinin tanışı, zərərçəkmiş Qabil Qüdrətov onun kirayə yaşadığı ünvana gələrək əvvəlcə mənzilin qapısını təpiklə vurub. Zərərçəkmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi arvadı Səmanı özü ilə aparmaq istəyib. Bu zaman onların arasında mübahisə düşüb. Dəmir əlində olan şüşə qabla və taxta ilə Qabilin bədəninin müxtəlif nahiyələrinə zərbə endirib. Daha sonra o, mətbəx bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərinə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Dəmir Əlibəyli saxlanılıb.
Məhkəmədə Dəmir Əlibəyli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, özü Gəncə şəhərində böyük iş adamı olub, sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün Bakıya gəlib. Burada icarəyə kafe götürüb işlətməyə başlayıb. Kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olub. Sonra Səma doqquz ay sahibkarlıqla məşğul olan Qabilin yanında işləyib. Dəmir Əlibəylinin sözlərinə görə, hadisədən əvvəl Səma ilə Qabilin arasında nəsə olduğunu eşidib, lakin zərərçəkmiş and içərək belə bir halın baş vermədiyini söyləyib./Pravda.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1315 Tarix: 21 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabr