"ABŞ ölkəmizə qarşı dostcasına olmayan addım atır" - Əhliman Əmiraslanov

"ABŞ ölkəmizə qarşı dostcasına olmayan addım atır" - Əhliman Əmiraslanov"Məlumdur ki, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və "2023-cü il tarixli Ermənistan Müdafiə Aktı" olan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin müəllifi isə 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

Əhliman Əmiraslanov qeyd edib ki, S.3000 qanun layihəsi Azərbaycanla bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutur ki, bu da ölkəmizə qarşı qərəzli və qeyri-dost bir addımdır:

"Qeyd etməliyəm ki, 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. 907-ci düzəliş ilk dəfə 1992-ci ildə guya "Azərbaycan tərəfindən Qarabağın "işğalı" və Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Bu əlavə ilə Azərbaycan Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımdan xaric edilən yeganə ölkə olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı. S.3000 qanun layihəsi Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. Hələ ki, Qanun layihələrinin heç biri komitədə dinləmədən keçməyib, çünki onların kifayət qədər həmmüəllifi yoxdur. Qanun layihəsinin qanuni qüvvəyə minməsi üçün hələ də ABŞ Nümayəndələr Palatasının təsdiqi və prezidentin razılığı alınmalıdır. Görünən odur ki, ABŞ düzəlişin tətbiqində maraqlıdır. ABŞ buna getməklə regionda Azərbaycan kimi tərəfdaşını itirəcək.

Cənubi Qafqazın heç bir ölkəsi Azərbaycan qədər strateji əhəmiyyətə malik deyil. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Yardımın Azərbaycan üçün o qədər də iqtisadi çəkisi yox idi. Çünki neft ölkəsi olan Azərbaycanın kifayət qədər vəsaiti var. Söhbət burada siyasi əhəmiyyətdən gedir. Ona görə də ümid edirəm ki, qarşıdakı illərdə ABŞ bu strateji səhvini düzəldəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də bu addımları ikitərəfli münasibətlərə zərbə kimi dəyərləndirib ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ABŞ-ın vasitəçi rolunu itirməsinə səbəb ola bilər. Milli Məclisinin ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri hörmətli Səməd Seyidov öz açıqlamasında qeyd etdiyi kimi: "ABŞ bununla nəinki qarşılıqlı etibar və eyni zamanda strateji əməkdaşlıq əlaqələrinə zərbə vurdu: "Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabr ayında-Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Ona görə bu düzəliş ədalətsizliyin rəmzidir. Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan Azərbaycana qarşı edilən ədalətsizlikdən xalqımız xəbərdardır, istər sadə vətəndaş, istərsə də siyasətçi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 689   Tarix: 22 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr