Kirayə paltar bazarı, yoxsa xəstəlik mənbəyi? - Dermatoloqdan AÇIQLAMA
İnsanlarda toy, nişan və ad günü ziyafətlərinə dəbdəbəli geyinmək adətə çevrilib. Əsasən də xanımlar bu adətə sadiq qalırlar. Bir paltarı təkrar geyinməyi sevməyən qadınlar, həmçinin, ziyafət geyimlərini gündəlik iş həyatında istifadə edə bilmədikləri üçün kirayələrə müraciət etməyə üstünlük verirlər.
Hazırda ölkənin hər yerində geyimləri kirayə verən mağazalar fəaliyyət göstərir. Mağazalarda təkcə qadın geyimlərini deyil, uşaq paltarları, zinət əşyaları, aksesuarları da görmək mümkündür.
Belə mağazalarda əsas tələbat bəy və gəlin paltarlarınadır. Bəy kostyumları, gəlinliklər, sünnət toyu üçün xüsusi libaslar da fərqli qiymətə kirayə verilir. Geyimin qiyməti isə onun keyfiyyətinə, istifadə zamanına görə müəyyən olunur. Bir ziyafətə görə çox pul xərcləmək istəməyənlər daha az pulla kirayə paltar xidmətindən yararlanırlar.
Bir neçə dəfə fərqli insanların geyindiyi paltar və istifadə etdikləri aksesuarların gigiyena baxımından zərərli olub-olmaması isə mübahisəlidir.
Kirayə geyimlərdən istifadənin fəsadları nələrdir? Başqasının geyindiyi geyim dəridə hansı xəstəlik yarada bilər?
Mövzu barədə Bizim.Media-ya danışan dermatoloq həkim Zakir Abıyev üst geyimlərinin təhlükəsiz olduğunu deyib:
"Üst geyimləri xəstəlik yaratmır, amma əgər alt və baş geyimlərini xəstə adam çıxarıb sizə verərsə, onu geyinərsinizsə, dəridə göbələk yaranma ehtimalı var.
Ümumiyyətlə, bakteriyalar qorxulu deyil. Bəzən insanlardan hansı sudan istifadə etdiyini soruşursan. Deyir ki, kran suyudur, amma qaynadırıq. Bunlara elə gəlir ki, qaynadıb mikrobları tələf edirlər.
Bizim qorxumuz mikroblardan deyil, suyun tərkibindəki atom şəklində olan metallardandır. Rəngli və qazlı olan sular xərçəng yaradır. Qaynanmış su isə ölü sudur, onun heç bir xeyri yoxdur. Yəni demək istəyirəm ki, bəzi məsələlər yanlış anlaşılır".
O, başqasının alt geyimlərindən istifadənin doğru olmadığını bildirib:
"Kirayə geyim geyinməkdən qorxmaq lazım deyil, 2-3 saatlıq alıb qaytarırsınız. Yəni bir insan desin ki, mən kirayə libas geyinib dəri xəstəliyi tapmışam. Sadəcə, alt geyimləri məsləhət görülmür. Üst geyimlərinin isə qəti ziyanı yoxdur. Ümumilikdə isə gigiyena qaydalarına riayət etmək özü bir mədəniyyətdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK