"Dedi ki, sənədlər Səttar Mehbalıyevin seyfindədir" – Qalmaqallı məhkəmə prosesi

"Dedi ki, sənədlər Səttar Mehbalıyevin seyfindədir" – Qalmaqallı məhkəmə prosesiYasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və "Yasamal" idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Yusif Vəlixanov ifadə verib.

Sahibkar Y.Vəlixanov deyib ki, stadionun ərazisini 5.5 milyon manata razılaşdırıbmışlar. Həmin məbləğin 2.5 milyonunu nağd şəkildə ödəməli, digər hissəsini isə ərazidə tikiləcək binalardan pay verilməli idi (mənzil, qeyri-yaşayış sahəsi və s) : "Həmkarım Rauf İsmayılovla birgə Alik Həsənovla danışığımız oldu. A.Həsənovun əlində Həmkarlar İttifaqının məktubu var idi ki, stadionun ərazisinin satılmasına etiraz yoxdur. Stadionun özəlləşməsi prosesinin getməsi ilə bağlı sənədləri də var idi. Aliklə danışığımız bir neçə ay uzandı. Sonradan Əmlak Komitəsindən öyrədik ki, stadionun ərazisi özəlləşdirilə bilməz. Bundan sonra yenidən Aliklə danışdıq. Dedi ki, sizi müdirin yanına aparım onunla da danışın. Ortağım Rauf İsmayılov Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevlə görüşdü. Nadir deyib ki, sənədlər Səttar Mehbalıyevin (Azərbaycan Həmkarlar İttifaqlarının sədri) seyfindədir, stadionun ərazisinin altı özəlləşdirilib, üstü qalıb. Nadir ciddi adam olduğuna onun sözünə güvəndik. Bizi əmin etdilər ki, problem olmayacaq".

Zərərçəkmişin sözlərinə görə, məsələnin həlli real görünmədiyini üçün prokurorluğa müraciət ediblər: "Nadir Əliyevlə son danışığımızın üstündən bir müddət keçdikdən sonra prokurorluğa müraciət etdik. Çünki əvvəl danışığımız var idi ki, ilkin olaraq 2.5 milyon manat verəcəyik. Həmin pulun 900 min manatını artıq ödəmişdik. Prokurorluğa şikayət etdikdən sonra 100 min manat qaytardılar, 800 min manat isə hələ də qaytarılmayıb. 400 min mənə, 400 min də ortağım Rauf İsmayılova zərər dəyib".

İş üzrə digər zərərçəkmişlərin dindirilməsi üçün prosesin təxirə salınması təklif olunub. Bu vaxt zərərçəkmişlərin nümayəndəsi, vəkil Aslan İsmayılov etiraz edib. Vəkil deyib ki, bu iş üzrə məhkəmə prosesi uzun müddətdir davam edir, hələ də təqsirləndirilənlər dindirilməyib: "Bu proses süni şəkildə uzadılır. Bu işə başçılıq edənlərin aktiv fəaliyyəti göz qabağındadır. Prosesə müdaxilə edirlər. Xahiş edirəm, təqsirləndirilən şəxslər dindirilsin".

Məhkəmə vəkilin etirazını qəbul etməyib. Digər zərərçəkmişlərin dindirilməsi üçün iclas dekabrın 4-nə kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.(Qafqazinfo)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 906   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr