Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏR

Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏRÖlkəmizdə məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə davamlı islahatlar həyata keçirilir. Bəs, islahatlar qarşıya qoyulan məqsədlərə nail ola bilirmi?

Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Law Firm" hüquq şirkətin rəhbəri Şaiq Mirzəyev mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda məhkəmələrə əlçatanlıq və şəffaflıq təmin olunur.

Lakin vəkil hesab edir ki, əlçatanlıqdan sui-istifadə olunmamalıdır: "Təəssüf ki, bu gün əsassız və açıq-aşkar perspektivsiz iddialar qaldırılır. Bu da məhkəmələrin iş yükünü artırmaqla hakimlərin səmərəli fəaliyyətinə mənfi təsir edir. Düşünürəm ki, xüsusən də kommersiya işləri üzrə məhkəməyə müraciət üçün dövlət rüsumu artırılmalıdır. Kommersiya işlərində iddialar düşünülmüş olmalıdır. Məsuliyyət iddiaçının üzərinə düşməlidir ki, həm qarşı tərəfi, həm də məhkəməni əsassız yerə məşğul etməsin".

Ş.Mirzəyev, həmçinin məhkəmə sədrləri tərəfindən vətəndaş qəbullarının keçirilməsi məsələsinə də toxunub: "Dünya praktikasında məhkəmə sədrləri tərəfindən vətəndaşların qəbulu praktikasına rast gəlməmişəm. Dövlət orqanlarının rəhbər şəxslər tərəfindən vətəndaş qəbulunun həyata keçirilməsi qəbulediləndir, lakin məhkəmə sahəsində bu ənənəni qəbul etmirəm. Çünki bu dolayısıyla məhkəməyə və hakimlərə təzyiqdir. Vətəndaş sözünü məhkəmə zalında deməlidir. Bunun üçün kifayət qədər şərait yaradılıb".
Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏRVəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev də məhkəmələrə əlçatanlığın təmin olunduğunu deyib: "Çox rahat və əlverişli "Elektron Məhkəmə" informasiya sistemi yaradılıb. Vətəndaşlar məhkəməyə getmədən bu sistem vasitəsilə müvafiq rüsumları ödəyərək müraciətlərini edə bilirlər. Hətta bəzi proseslər üzrə rahat şəkildə bütün yazışmaları da həyata keçirə bilirlər. Bu gün məhkəmələrdə vətəndaşların qəbulu həyata keçirilir. Onlar qəbul edilir, dinlənilir, sualları cavablandırılır. Vətəndaşları narahat edən məsələlələr həll edilir. Məhkəmələrə əlçatanlıqla bağlı hər hansı problem görmürəm".

V.Babayev bildirib ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmələrdə şəffaflıq nəzərəçarpacaq dərəcədə artıb: "Məhkəmə şəffaflığının artırılması davamlı bir prosesdir. Bunu 1 gün, 3 gün və ya 1 il ərzində təmin etmək mümükün deyil. Bu, sonsuz bir prosesdir. Lakin hesab edirəm ki, neqativ halların sayı artıq minimuma yaxınlaşır. Təbii ki, xırda nöqsanlar həmişə olur. Ümumilikdə isə məhkəmə sistemində şəffaflıq qənaətbəxş səviyyəyə yaxındır".

Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏRVəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun müdiri Gülşən Salmanova Azərbaycanda vətəndaşların məhkəmələrə əlçatanlIğını təmin etmək üçün kifayət qədər islahatlar aparıldığını söyləyib: "Bu sahədə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də mülki işlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlıdır. Yəni, maddi imkanı zəif olan vətəndaş iddia ərizəsini tərtib edə bilmirsə, yaxud hər hansı mülki iş üzrə apellyasiya şikayəti tərtib edə bilmirsə, dövlət onu vəkillə təmin edir. Bu, məhkəmələrə əlçatımlığı birbaşa təmin edən amildir".
Azərbaycanda məhkəmələrə əlçatanlıq təmin olunub - RƏYLƏRVəkil eyni zamanda məhkəmələr tərəfindən vətəndaşların müraciətlərinə operativ şəkildə baxıldığını bildirib: "Müvafiq qaydada vətəndaşların müraciətləri cavablandırılır. Uzun illər təcrübəsi olan bir vəkil kimi deyə bilərəm ki, bu sahədə hər hansı çətinliklə qarşılaşmamışıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 713   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr