"Human Rights Watch"un rəsmisi guya Azərbaycanın mina problemindən xəbərsiz olduğunu deyib

"Human Rights Watch"un rəsmisi guya Azərbaycanın mina problemindən xəbərsiz olduğunu deyibDünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı "Human Rights Watch" Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, təşkilatın rəsmisi problemdən məlumatlı olmadığını deyib.

Belə ki, "Human Rights Watch" təşkilatının BMT-dəki direktoru Luis Şarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib: "Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam".

"Human Rights Watch" təşkilatının rəsmisi L.Şarbonau ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, növbəti sorğular iki aydır, cavabsız qalıb.

Müharibə və postmüharibə dövrlərində dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən dəfələrlə Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq qaydada "Human Rights Watch" təşkilatının rəsmilərinə paylaşılsa da, məlumatlar təşkilatın yayımladığı hesabatda əksini tapmayıb. Həmin məlumatlarda 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatdan sonra Azərbaycanda 350-dən çox şəxsin minaya düşməsi ilə bağlı müfəssəl məlumat qeyd olunub.

Təəssüf ki, "Human Rights Watch" təşkilatı həmin rəsmi məlumatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı addım atmır, əksinə, qərəzli hesabatlar yaymaqda davam edir. Hesabatlarında Azərbaycanla bağlı dəfələrlə qərəzli məqamlar paylaşan beynəlxalq təşkilatın İkinci Qarabağ müharibəsindən sonra arasında mülkü şəxslərin və jurnalistlər, minatəmizləyənlər, hərbçilər və uşaqların da olduğu yüzlərlə insanın həyatına son qoyan minalar, partlamamış hərbi sursatlarla bağlı məlumatsız olması iddiası çox da təəccüb doğurmur. Çünki beynəlxalq təşkilatın Azərbaycan və Ermənistanla bağlı yayımladığı bütün hesabatlar ermənilərin maraqlarına xidmət edir.

Bu ilin iyun ayında Qarabağa səfər edən amerikalı jurnalist, "Schirach Report" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Vaşinqtonda fəaliyyət göstərən "Qlobal Siyasət İnstitutu"nun ("Global Policy Institute") prezidenti, "Bay Atlantik" Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə professoru Paolo fon Şirax açıqlamasında "Human Rights Watch" təşkilatının Ermənistan silahlı qüvvələrinin Qarabağı uzun müddətli qanunsuz işğalı zamanı Azərbaycanda torpaqlarında basdırdığı minalarla bağlı araşdırma aparmamasını, baş verənlərə biganə münasibətinin Azərbaycana qərəzinin göstəricisi kimi qiymətləndirib: "Mən bölgəni ziyarət etdiyim zaman öz gözlərimlə gördüm ki, ərazilərdə ermənilər tərəfindən döşənən piyada əleyhinə minalar ucuz və ölümcül alətlərdir. Bu məsələ ilə bağlı iddia edilən məlumatsızlıq inandırıcı deyil, çünki rəsmi Bakı baş verənlərlə bağlı yetərli qədər məlumatlar hazırlayaraq yayıb. O cümlədən Ermənistan hökumətinin mina sahələrinin xəritələrini paylaşmaqda əməkdaşlıq etməməsi bölgədə cərəyan edən ən böyük problemin həllini gecikdirir. Əgər Ermənistan razılığa gəlsə, uzun illər tələb edən və olduqca bahalı olan minatəmizləmə əməliyyatları daha sürətlə davam edə bilər.

Bölgədə cərəyan edən ən böyük fəlakətə "Human Rights Watch" təşkilatının məhəl qoymaması, qəribə və qeyri-obyektiv yanaşması çox təəssüf doğurur.

Ermənilərin arxalarında buraxdıqları geniş minalı bölgələri görməzdən gəlmək, onların məsuliyyətinə məhəl qoymamaq əksər analitiklərin ermənilərin qurban, Azərbaycan hökumətinin isə işğalçı olması ilə bağlı qəbul etdiyi rəvayətlərə çox uyğun gəlir. Bunu görməzdən gəlmək və rəvayətlərə inanmaq doğru deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 573   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr