"Kəlbəcər şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı" - Deputat

"Kəlbəcər şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı" - Deputatİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

"2 aprel 1993-cü ildə Kəlbəcər rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamani 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 27 illik işğal zamanı ermənilər Kəlbəcərin ərazisini viran qoyub, meşələrini qırıb məhv etmişlər. Beynəlxalq təşkilatların prinsiplərinə zidd olaraq 1999-cu ildə ermənilər Kəlbəcərin bəzi yerlərində qeyri qanuni məskunlaşma həyata keçirmişlər".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistana heç bir təzyiq göstərmədilər:

"30 min ildən çox tarixi olan qədim yaşayış məckənləri, 6 min il yaşı olan qaya təsvirləri aşkar olunan Kəlbəcər tək Azərbaycanda deyil, bütün Qafqazda əsrarəngiz, unikal təbiətə malik olan bir rayondur. 1930-cu ildə Kəlbəcərə rayon statusu verilib. Kəlbəcərin ərazisi 3054 kv.km, işğala qədər əhalisinin sayı 53478 nəfər olmuşdur. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər bir şəhər, 1 qəsəbə, 145 kənddən ibarət idi.

BMT TŞ nın 30 aprel 1993 -cü ildə 822 saylı Qətnaməsi qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən təcili və qeyri-şərtsiz çıxmaları tələb olunur. Lakin Ermənistan bu Qətnaməni də icra etməkdən imtina etmişdir. Beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana heç bir təzyiq göstərmədilər".

Kamilə Əliyeva qeyd edib ki, artıq Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirir. Müasir tələblərə uyğun avtomobil yolları çəkilir, yeni tunellər inşa edilir. Rayonun elektrik enerjisi ilə tam təmin olunması üçün böyük işlər görülür. Su elektrik stansiyalarının tikintisi davam etdirilir, Kəlbəcər yarım stansiyası da artıq istifadəyə verilmişdir. Kəlbəcər rayonunda Baş Plana uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış binaları inşa ediləcək. Kəlbəcərin Yanşaq kəndinə 421 ailə, Zallar kəndinə 487 ailə, Zar kəndinə 855 ailənin məskunlaşdırılması planlaşdırılır:

"27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu döyüşlərin ilk günlərində Kəlbəcərin şimal hissəsini işğaldan azad etdi. Strateji yüksəklikləri ələ keçirən Azərbaycan Silahlı Qüvvələri Basarkeçər - Kəlbəcər yolunu nəzarətə götürdü və bununla da Ermənistan Ordusunun bu istiqamətdəki silahlı qüvvələri iflic vəziyyətə salındı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında olduğu kimi, siyasi masada da Ermənistanı üzərində tarixi qələbə qazandı. 2020-ci il 10 noyabr Bəyanatına əsasən noyabrın 25-də Kəlbəcər bir güllə atılmadan, şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı. Kəlbəcər rayonu tam olaraq işğaldan azad edildi. 2020-ci il noyabrın 26- da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu " Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Prezident cənab İlham Əliyevin 31 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhər günü kimi müəyyən olunub.
Artıq Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirir. Müasir tələblərə uyğun avtomobil yolları çəkilir, yeni tunellər inşa edilir. Rayonun elektrik enerjisi ilə tam təmin olunması üçün böyük işlər görülür. Su elektrik stansiyalarının tikintisi davam etdirilir, Kəlbəcər yarım stansiyası da artıq istifadəyə verilmişdir. Kəlbəcər rayonunda Baş Plana uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış binaları inşa ediləcək. Kəlbəcərin Yanşaq kəndinə 421 ailə, Zallar kəndinə 487 ailə, Zar kəndinə 855 ailənin məskunlaşdırılması planlaşdırılır. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 5 dəfə Kəlbəcərə səfər etmişdir. Səfərlər zamanı ölkə başçımız Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmış, bir çox infrastruktur obyektlərin açılışında, o cümlədən, məşhur "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir. Yaxın illərdə Kəlbəcər dünyanın ən məhşur sanatoriya və kurort mərkəzinə çevriləcək".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Kəlbəcər şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı" - DeputatŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1448   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr