"Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişiklik edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişiklik edilib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə görə, təlimata aşağıdakı dəyişikliklər edilir:
1. 15-ci hissənin üçüncü abzasına "maraqlı şəxs" sözlərindən sonra "(sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla)" sözləri əlavə olunur.
2. Aşağıdakı məzmunda 15-2-ci hissə əlavə edilir:
"15-2. Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd ("Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir:
15-2.1. bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çatma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar telefon nömrələri) əks edilir;
15-2.2. sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş notariat işində saxlanılır;
15-2.3. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin rəsmiləşdirilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır;
15-2.4. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər barəsində notariat hərəkətləri sosial xidmət müəssisələrinin olduğu inzibati ərazi üzrə notariat ofisinin və ya həmin müəssisənin yerləşdiyi əraziyə ən yaxın notariat ofisinin notariusu tərəfindən aparılır;
15-2.5. notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 580 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabr