Naxçıvandakı toyda mahnı üstündə DAVA: Əraziyə gələn polis vuruldu - MƏHKƏMƏ İŞİ
Naxçıvan şəhərində toy mərasimində polisi vuran şəxsə hökm oxunub.
Oxu.Az-ın məlumatına əsasən, hadisə 2023-cü ilin 17 iyununda şadlıq saraylarının birində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (şərtidir) həmin tarixdə şadlıq sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.
Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə etdiklərini görüb.
O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.
Lakin dava böyüyüb və əraziyə polis əməkdaşları cəlb olunublar.
Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşı bildirib ki, o, iş yoldaşları birlikdə asayişin təmin olunmasını tələb edib.
"Xahiş edirəm, asayişi pozub səs-küy salmayın, mübahisəyə son qoymaq üçün bu qədər polis əməkdaşı gəlib. Sakit olun və hörmətsizlik etməyin", - dedim. Lakin Əli Qafarov aqressiv şəkildə reaksiya verdi. Bunu görüb özümü polis əməkdaşı kimi bir daha təqdim etdim, lakin o, "nə edim ki, polissən" deyərək üzərimə gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu", - deyə polis ifadəsində göstərib.
Polisin aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.
Daha sonra Əli Qafarov polisə zor tətbiq etməklə müqavimət göstərməyi davam etdirmək istəsə də, polis əməkdaşları onu post-patrul avtomobilinə mindirməyə nail olublar.
Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.
Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə bağlı hökm oxunub.
Hökmə əsasən, Əli Qafarov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinib.
Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1080 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqustBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabr