Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEO

Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEO2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum şəxsin qətlə yetirilməsi haqda məlumat verib.

Bundan 40 dəqiqə sonra Rəşad Dağlı kimi tanınan meyxanaçı, 1984-cü il təvəllüdlü Rəşad Əmirov Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə yaxınlaşaraq təslim olub. O, Qaradağ rayonu ərazisində aralarında baş vermiş mübahisə zamanı İskəndər adlı şəxsi öldürməsini bildirib.

Məlum olub ki, hadisə Bakı-Qazax magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, kənar dairəvi yolunun səkkizinci kilometrində baş verib. Prokurorluq və polis əməkdaşlarının hadisə yerinə keçirdikləri baxış zamanı sel sularının axıntısı üçün nəzərdə tutulmuş beton örtüklü arxda üzü üstə uzanıqlı halda kişi meyiti aşkar ediblər.

Rəşad Əmirovun idarə etdiyi "Niva" markalı (10-VR-009) avtomobilə baxış keçirilərkən, saxlanc yerində kütlə və salonun bəzi yerlərində damcı halında qan ləkələrinin olması müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İskəndər Mehdiyevin bədən səthində 14 ədəd bıçaq xəsarəti, qanında isə narkotik vasitə heroin və amfetamin aşkar edilib.

Narkoloji Mərkəzdə keçirilmiş tibbi müayinə əsasən, Rəşad Əmirovun qanında hər hansı narkotik maddə aşkar edilməyib. Narkoloji Mərkəzdən göndərilən məktuba əsasən, İskəndər Mehdiyev 2018-ci ildə "asılılıq sindromu" diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olub.

Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOİskəndər Mehdiyev Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbayan Respublikası Məhkəməsinin 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə), Yasamal Rayon Məhkəməsinin 2014-cü və 2022-ci il tarixli hökmləri ilə 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəlləri ilə məhkum olunub.

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 28-dən etibarən İskəndər Mehdiyev Rəşad Əmirova zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib. Həmin məsələyə birdəfəlik son qoyulmasından ötrü israrla onu görüşə dəvət edib. Buna görə Rəşad Əmirov onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 4 radələrində idarə etdiyi "Niva" markalı (10-VR-009) avtomobillə Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 4 ünvanında yerləşən mağazaya gəlib ümumi təyinatlı, soyuq silah hesab edilən qatlanmayan bıçaq alıb.

Sonra İskəndər Mehdiyevin yaşadığı Yasamal rayonu, V.Əliyev küçəsindəki 52 nömrəli evin qarşısına gəlib, telefonla əlaqə saxlayaraq onunla görüşüb. Mehdiyev ön sağ oturacağa əyləşdikdən sonra, Rəşad Əmirov avtomobili Qaradağ rayonunun Lökbatan qəsəbəsi istiqamətində idarə edib. Kənar dairəvi yolun 14-cü kilometrliyindəki dairədən Yasamal rayonu istiqamətində geri qayıdarkən İskəndər Mehdiyev, Rəşad Əmirovun ünvanına nalayiq ifadələr işlətib. Onun "üzdən iraq" olmasını bildirən şəxsləri susdurmaq üçün 3 000 manat pul tələb edib. Bundan hiddətlənən Rəşad Əmirov üzərindəki bıçaqla döş qəfəsinə, kürəyinə və belinə çoxsaylı zərbələr vuraraq, İskəndər Mehdiyevi öldürüb.
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOİş üzrə dindirilmiş Rəşad Əmirov bildirib ki, İskəndər Mehdiyevlə Yasamal rayonunda bir həyətdə böyüyüb, əvvəllər aralarında hər hansı bir ədavət olmayıb. İskəndər meyxanaçı Ələkbər Yasamallı ilə dayı oğlu - bibi oğlu olub:

"Son dörd il ərzində onu görməmişdim. Meyxana ustası olduğumdan, mütəmadi toy məclislərinə dəvətlər alırdım. Məclislərə dəvətləri birbaşa özüm qəbul etmirdim, danışıqları qardaşım Ağamalı Əmirov aparırdı. Oktyabrın axırlarında Ağamalı zəng vuraraq, İskəndər Mehdiyevin məni axtardığını dedi. Bunu ciddiyə almadım. Bilirdim ki, o, narkotik maddələrin satışı ilə məşğuldur və dəfələrlə məhkumluq həyatı yaşayıb. Bir neçə gündən sonra Ağamalı mənə yenə, İskəndərin dəfələrlə zəng vurub, onu bezdirdiyini dedi. Buna görə, məcbur qalıb ona zəng etdim. İskəndər bildirdi ki, mənimlə "ciddi" söhbəti var, ona görə də, üzbəüz görüşməliyik".
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEORəşad Dağlı

O, bu təkliflə razılaşdığını və İskəndərin yaşadığı ünvana istifadəsində olan "Niva" markalı (10-VR-009) avtomobillə getdiyini bildirib:

"Maşınıma əyləşən tanışımdan məni axtarmasının səbəbini soruşdum. İskəndər, cəzaçəkmə müəssisəsində olanda, bir nəfərin mənim "üzdən iraq" olduğumu söylədiyini dedi. Cavab olaraq ona bildirdim ki, bu yaxşı söhbət deyil, ona görə həmin adamın kimliyini mənə desin və nömrəsini versin. İskəndər dedi ki, həmin şəxslə görüşməyim məsləhət deyil, özü bu günlərdə onunla görüşüb bu məsələni yoluna qoyacaq. Sağollaşaraq, ayrıldıq. Telefonumu söndürdüm. 4-5 gündən sonra telefonu yandıranda İskəndər Mehdiyevdən mənə mesaj gəldiyini gördüm. İskəndər yazıb ki, "deyəsən sən məsələ ilə razılaşırsan, bu bizim adımıza ləkədir, üzə çıxmağa utanırsan, bu məsələni yoluna qoymaq lazımdır, üzə çıxmırsansa Yasamaldan bir-iki uşaq götürüb, söhbəti özümüz həll edək". Mesajları oxuduqdan sonra bu haqda düşünməyə başladım. Məsələnin üstündən keçməyə çalışdım, beynimdə bunu götür-qoy etdim. Düşündüm ki, hər bir halda bu söhbət yayılsa xoşa gəlməyən vəziyyət yaranacaq. Odur ki, məsələni aydınlaşdırmaq üçün İskəndərə zəng vurmaq qərarına gəldim. Noyabrın 8-də şadlıq saraylarından birində el məclisində iştirak etdim. Ordan gecə saat bir radələrində çıxdım. Avtomobili idarə edərkən həmin məsələni düşünürdüm. Qərara gəldim ki, İskəndər əsassız təhdidlə məndən pul almaq istəyir. Noyabrın 9-u gecə saat üç radələrində zəng vurub ondan harda olduğunu soruşdum və evinin qarşısına yollandım. İskəndər gəlib avtomobilimə əyləşdi və dedi ki, məhəllədə dayanmayaq, ora söhbət yeri deyil. Şərifzadə küçəsində yerləşən "Asan xidmət"in inzibati binasının arxasından, kənar dairəvi yola çıxdım. Yol boyu dəfələrlə İskəndərə dedim ki, məsələni bağlayaq, olmayan söhbəti uzatmağın mənası yoxdur. Lakin İskəndər söhbəti uzatdı və danışığından belə çıxdı ki, guya mən "üzdən irağam". O dedi ki, bu söhbəti edən adamın maddi problemi var, həmin şəxsə 6 000 manat pul lazımdır. 3 000 manatını düzəldib, mən də 3 000 manat verim və bu söhbət bağlansın. Bu an, dəqiq bildim ki, bu söhbət məndən pul almaq üçün ortaya atılıb. İskəndərə sual verdim ki, əgər pul versəm onda "üzdən iraq" olmayacam, amma verməsəm olacam?! Cavab olaraq tanışım "bunu eləmisən, deməli verməlisən!" bildirdi. Aramızdakı mübahisə kəskinləşdi. İskəndər söyüşlə danışmağa başladı. Ona tərəf çevriləndə əlində bıçaq gördüm. Onun söyüşlərinə söyüşlə cavab verdim".
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEORəşad Əmirov bıçaqlanma hadisəsinin necə baş verməsi barədə də danışıb:

"İskəndər ailəmi söydü, bıçağı geri almağa çalışanda, onun sinəsinə zərbə endirdim və sonra nə baş verdiyini xatırlamıram. İskəndərin hərəkətsiz vəziyyətdə qalmasından onun öldüyünü başa düşdüm. Avtomobildən düşüb, sərnişin qapısına yaxınlaşdım. Meyiti yolun kənarına atmaq qərarına gəldim. Arxadan avtomobillərin gəldiyini görüb, onların keçməsini gözlədim. Yol boşalan kimi qapını açdım. Meyitin qolundan tutub, dartaraq onu salondan çıxartdım və digər əlimlə arxasından itələyib, yerə atdım. Həmin vaxt yanımdan "Toyota Prius" markalı, açıq yaşıl rəngli avtomobil keçdi. Maşından bıçağı götürdüm, onu da meyitin yanına tulladım. Bundan sonra avtomobilimə minib, Yasamal rayonunda yerləşən atamın yaşadığı evin qarşısına gəldim. Qardaşıma zəng vurub, İskəndəri bıçaqla vurduğumu və məni polisə aparmasını dedim. 5-10 dəqiqə sonra Ağamalı yanıma çatdı, gödəkçəm qana bulaşdığı üçün evə çıxmadım. Ağamalının avtomobili ilə Yasamal Rayon Polis İdarəsinə getdim və hadisə barədə məlumat verərək, könüllü təslim oldum".
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOİskəndər Mehdiyev

Əlavə dindirmə zamanı Rəşad Əmirov bildirib ki, Bakı-Sumqayıt yolu ilə hərəkət edərkən siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var. İskəndərin "boş gəlmə" sözü yadına düşüb. Maşına əyləşib, bıçağı avtomobilin sürət qutusunun qolunun yanına qoyub və İskəndərin yaşadığı evin qarşısına gəlib. Yolda aralarında söhbət kəskinləşən zaman İskəndər bıçağı həmin yerdən götürüb və əlində oynatmağa başlayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Mehdiyev ifadəsində göstərib ki, qardaşı İskəndər evli olmayıb. İskəndər uşaq olanda başına dəmir darvaza aşıb, aldığı travma ilə əlaqədar onda psixi pozuntu yaranıb:
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEO"Qardaşım narkotik vasitələrin istifadəçisi olub, üç dəfə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunub. Rəşad Əmirovun baba-nənəsi bizimlə qonşuluqda yaşayır. Rəşadı uşaq yaşlarından tanıyıram, münasibətimiz yaxşı olub. Sonuncu dəfə 10 ay əvvəl məhkum olunan İskəndər oktyabrın 26-da azadlığa buraxılıb. Qardaşımla bir evdə yaşamağıma baxmayaraq, Rəşadla arasında mövcud olan söhbətlər haqqında məlumatım yox idi. Azadlığa çıxdıqdan 1-2 gün sonra İskəndər Rəşadı axtarmağa başlasa da, onu tapa bilməmişdi. Sonra tanışlarının vasitəsi ilə Əmirovun yeni telefon nömrəsini tapıb, onunla əlaqə yarada bilib. İskəndərin Rəşadı nəyə görə axtardığını hadisə gününə qədər bilmirdim. Noyabrın 8-də gecə evdə idik. Ayın 9-u səhər saat dörd radələrində qardaşım mənə Rəşadın evlərinə gələcəyini dedi. Əmirov əvvəllər bizə gəlib-gedən adam olsa da, son illər, demək olar ki, gəlməmişdi. Təxminən saat 4:30-da Rəşad İskəndərə zəng edib. Telefon danışığından sonra İskəndər aqresivləşib. Nə baş verdiyini soruşanda, qardaşım bildirdi ki, Rəşad barədə xoşa gəlməz söhbət var və buna görə, onlar harasa getməlidirlər".

Nə məsələ olmasını təkrar soruşduqda, İskəndər bir kəlmə deyib ki, "Rəşad çaşsa, onu "vuracaq":

"Sözlərindən elə başa düşdüm ki, söhbəti həll etmək, kimisə susdurmaq üçün pul vermək lazımdır. Sonra hazırlaşaraq, evdən çıxdı. Bıçaq və ya digər alət götürməmişdi. Hara gedəcəklərini soruşmadım. Münasibətlərinin mehriban olduğunu bildiyim üçün qardaşımın Əmirovu bıçaqla vuracağını ciddi qəbul etmədim. Saat səkkiz radələrində qohumlarım zəng vurub İskəndərin öldürülüldüyünü xəbər verdilər".

Etibar Mehdiyev əlavə edib ki, qardaşının Rəşad Əmirovun "cinsi azlıq" olması ilə bağlı məlumatı hardan aldığını və bunun mənbəyini bilmir.
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOŞahid qismində dindirilmiş Ağamalı Əmirov bildirib ki, gecə saatlarında Rəşad zəng edərək, onu yanına çağırıb. Gödəkcəsi yaş olduğuna görə ondan yeni gödəkcə gətirməsini istəyib:

"Mənzilə qalxıb, qayıdanda onun həyətdə olmadığını gördüm. Rəşadın gözləri zəif olduğuna görə qaranlıqda avtomobil idarə edəndə əziyyət çəkirdi. Rəşadın həyətdə olmadığını gördükdə narahat oldum. Telefon zənglərinə cavab vermədi. Bundan bir saat sonra Rəşad zəng edərək, gəlib onu polisə aparmağımı bildirdi. Daha sonra birlikdə Yasamal Rayon Polis İdarəsinə getdik. Yolda hadisə ilə bağlı sorğu-sual edəndə, o, şok vəziyyətində olduğundan açıqlama vermədi. İskəndər Mehdiyevi şəxsən yox, sadəcə meyxana ustası Ələkbərin qohumu kimi tanımışam".
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOŞahid Samid Adıgözəlov bildirib ki, əvvəllər fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub:

"Noyabrın 9-u dostum məndən onu Lökbatan dairəsinə aparmağımı xahiş etdi. Saat 3:50-də yuxudan oyanaraq, evdən çıxdım və Rüfəti götürüb, "Toyota Prius" markalı avtomobillə Lökbatan istiqamətində hərəkət etdim. Gecə saatları olduğundan yolda avtomobil az idi, bu səbəbdən saat 4:50-də deyilən yerdə Rüfəti düşürdüm. Geri qayıdarkən yolun sağ tərəfində qara rəngli "Niva" markalı avtomobilin dayandığını, bir nəfərin qapını açıb, oturacaqdan digər şəxsi dartıb, aşağı saldığını və beton örtüklü arxın yanına qoyduğunu gördüm. Bu an artıq "Niva"ya tam yaxınlaşdım. Dayanmadan avtomobili bir qədər qarşıya sürüb yolun sağında saxladım və işıqlarını söndürdüm. Düşündüm ki, maşından çıxarılan şəxs qadındır və aralarında narazılıq yaranıb deyə həmin şəxs qadını orda qoyub gedəcək. Ona görə də, gözləmək və qadını ordan götürüb, evlərinə çatdırmaq qərarına gəldim. Daha sonra "Niva"nın sürətlə keçdiyini görüb, avtomobili arxaya, geriyə hərəkət etdirərək, həmin yerə getdim. Maşından düşmədən gördüm ki, bir nəfər uzanıqlı vəziyyətdədir, paltarları qana bulaşıb, tərpənmədiyindən, öldüyünü başa düşdüm. Mühərriki işə salıb, "Niva"ya çatmaqdan ötrü sürətlə hərəkət etdim və "102" xidmətinə zəng vurdum.

"Niva"ya çatıb, nömrəsinin 009 olduğunu gördüm. Ötmə əməliyyatı edib yanından keçəndə, gördüm ki, sürücü təkdir, ondan başqa maşında heç kim yoxdur. Onu tanımadım. Sürücü maşınını mənə tərəf baxmadan idarə edirdi".
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOMəhkəmə iclasında Rəşad Əmirov ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək, heç vaxt soyuq silah gəzdirməməsi səbəbindən Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə elan edilmiş ittihamla razılaşmadığını bildirib.
Rəşad Dağlı: "Pul versəydim "üzdən iraq" olmayacaqdım" - FOTO/VİDEOZərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxsin hüquq varisi ilə barışıq əldə etməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3846   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarl

21 mart
.

Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var

"İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən -a verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb

6 fevral
.

Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində "Süleyman" yazılmış döymə var

Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətind

11 mart
.

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi məlum olub. "Qafqazinfo" xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bak

6 fevral
.

Həmin şagird liseyə belə daxil olub - Video

Bu gün səhər saatlarında "İdrak" liseyində baş vermiş insidentin ilkin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, saytı 10-cu sinif şagirdinin liseyə necə daxil olduğunu əks etdirən görüntüləri yayıb. Videodan məktəblinin çiynindən asdığı çanta ilə lisey binasına daxil olduğ

6 fevral
.

Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmil

2 aprel
.

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. -ın -a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərə

23 fevral
.

Həbsxandan qan donduran etiraf: "Öldürüb hissələrə bölmüşəm"

İstanbulun Şişli rayonunda 24 yanvar gecəsi Özbəkistan vətəndaşı Durdona Xokimovaya məxsus parçalanmış meyitin tapılması ilə bağlı aparılan istintaqda yeni və şokedici detallar üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, iş üzrə əsas fiqur hesab olunan və hazırda həbsdə saxlanılan Gofurjon Akmalkhonovi

13 fevral
.

15 il həbs verilən gözdən əlil məhkumun - Cəzası azaldıldı

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül ola

7 mart