Paytaxtın kanalizasiya DƏRDİ: Bakı niyə yağışa məğlub olur?
Paytaxtın illərdir bitməyən "xəstəliyi" var. Söhbət Bakının kanalizasiya problemindən gedir.
Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: "Təmizlik imandan gəlir..."
Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?
İllərdir ki, Bakıya üç-beş damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.
Bəs problemin əsl səbəbi nədir?
Bizim.media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb:
"SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.
İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xətlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu".
Ekspertin sözlərinə görə, böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil:
"İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var".
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:
"Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox...
Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.
Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr