Nazir şikayət etdi: Müəllim çoxluğunun səbəbi nədir?

Nazir şikayət etdi: Müəllim çoxluğunun səbəbi nədir?"Nə qədər ki, tələb-təklif prinsipi gözlənilməyəcək, müəllim artıqlığı bir o qədər qaçılmaz olacaq".

Bunu "Qaynarinfo"ya açıqlamasında təhsil eksperti Nadir İslafilov elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə müəllimlərin sayının çox olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, elm və təhsil nazirinin gec və ya tez məktəblərimizdə müəllim çoxluğunu dilə gətirməsi və buna təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur kimi münasibət bildirməsi gözlənilən idi:

"Çünki təhsil sistemində yetəri qədər kadr artıqlığının yaranması artıq danılmaz fakt kimi uzun müddət idi ki, yazılı və elektron medianın gündəmindən düşmürdü və heç də hamı tərəfindən birmənalı qarşılanmırdı. Başqa sözlə, ölkəmizdə müəllimlərin sayının tələbatdan iki-üç dəfədən də çox artıqlığı həllini gözləyən məsələlərdən birinə çevrilmişdi. Çoxlarına məlumdur ki, sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb, bir də orta ixtisas məktəbi fəaliyyət göstərirdi, onların da məzunları ölkədə müəllimə olan tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olurdu. Ozamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirdikdən sonra təyinat əsasında gəldiyi doğma rayonuna göndərilirdi. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi".

Ekspert bildirib ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı 70-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul olublar:

"1929-cu ildən "Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması", 1972-ci ildən isə "Müəllimlərin Təkmilləşdirmə İnstitutu" kimi fəaliyyət göstərən təhsil müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib "Azərbaycan Müəllimlər İnstitutu" oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda 11 filialı yaradıldı. Onların bir əksəriyyətinin taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı. Aylıq kurslar vasitəsi ilə "yenidən hazırlanmanın" effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda edilən dəyişikliklərin diplomunda müəllim sözü olmayanların müəllim olmalarına imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırdı".
Nadir İsrafilov qeyd edib ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nı təsdiq edib:

"Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən altı saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, altı saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir".

"Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək" sualına ekspertin cavabı belə olub:

"Vəziyyətdən çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükü stavkasını bir müddət əvvəl olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə, ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini azaltmaqda görürəm. Bu halda xeyli əlavə dərs saatı yarana bilər ki, bu da xeyli sayda müəllimin işlə təmin olunması deməkdir. İbtidai siniflərdə "yığma dərslər" hesabına süni surətdə müəllim artıqlığı yaratmaq da yol verilməzdir. Baxmayaraq ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər ordusunun yaranması, müəllim nüfuzunun sarsılması predmetidir".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin sayının çox olduğunu bildirib. O, bildirib ki, "Təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur. Elə orta məktəblər var ki, orada 4 ibtidai sinifdə 28-30 müəllim işləyir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2757   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr