Dərman bazarı ilə bağlı yeni qərar işləmir - TƏHLİL

Dərman bazarı ilə bağlı yeni qərar işləmir - TƏHLİLTarif Şurasının son qərarına əsasən yuxarı hədd keçilməmək şərtilə dərmanları daha ucuz satmaq mümkündür. Lakin mövcud qərardan iki aya yaxın vaxt keçsə də, dərman bazarında hansısa ciddi dəyişiklik yoxdur.

Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur. Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bəzi dərmanlar ucuzlaşıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: "Dərman vasitələri haqqında" qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi. Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda qiymətlərdə ucuzlaşmanı müşahidə edirik".

Tapılmayan dərman problemimiz aradan qalxıb

Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz aradan qalxıb: "8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha da azalmasına gətirib çıxaracaq".

Topdansatış şirkətlərinə qadağa tətbiq edilsin

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə, apteklərə ziyan verəcək: "Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar. Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki apteklərin maliyyə imkanları eyni deyil".

Qiymətlərin liberallaşması vacibdir

Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: "Qiymətlər arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması vacibdir".

"İnsanların qiyməti bilməyə ixtiyarı var"

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən haqqını tələb etməlidir: "Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından istifadə etməlidir".

Qərar var, amma tətbiq edilə bilmir

Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər əsasında satış edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 695   Tarix: 17 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr