PFL rəsmisi: "Reanimasiyada olan prezident və vitse-prezidentin durumunun qənaətbəxş olduğu deyilir"
"Reanimasiyada olan prezident Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin durumunun qənaətbəxş olduğu deyilir".
Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən qurumun əməkdaşlarının son durumu barədə məlumat verərkən deyib.
O bildirib ki, "Liv Bona Dea Hospital"da əməliyyat olunan hər iki şəxs hazırda reanimasiyadadır: "Elxan müəllimin bədənində çoxsaylı sınıqlar və əzilmələr var. Hər iki ayağı sınıb, qolu gipsdədir. Aslan müəllimin onurğa sütununda sınıq var idi, dünən əməliyyat olunub. Əməliyyatdan sonra hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir".
Avtomobilin sürücüsü Rasim Qafarlının hər iki ayağında əzilmə və müxtəlif dərəcəli sınıqlar olduğunu vurğulayan mətbuat katibi onun da əməliyyat edildiyini söyləyib.
Sənan Abdullayev həm özünün, həm də texniki-idman direktoru Elgiz Abbasovla icraçı direktor Zaur Hacı-Məhərrəmovun hazırkı vəziyyəti barədə də məlumat verib: "Elgiz Abbasovun sağ ayağı qırılıb, gipsə salınıb. Zaur Hacı-Məhərrəmovun burnu qırılıb, çiyin nahiyəsində çat var. Mənim isə topuqlarım əzilib, dabanımda yara dərin olduğu üçün tikiş qoyulacaq. Sol ayaq barmağımda da kəsik var, tikiş qoyulacaq. Həmçinin sol ayağımda və əl barmağımda qırıq var".
Qeyd edək ki, dekabrın 16-da, saat 07:05 radələrində Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlar daha sonra Bakıda yerləşən "Liv Bona Dea Hospital"a təxliyə ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi