"Müstəqillik tarixində ilk dəfədir ki, bütün Azərbaycan ərazisində seçkilər təşkil olunacaq" -POLİTOLOQ
"Ərazi bütövlüyünün və suverənliyinin bu ilin sentyabrında baş tutması bu siyasi kampaniyanın vaxtından əvvəl baş tutmasının zərurətini yaratdı. Bu həm də Qarabağ bölgəsində yaşayan erməni vətəndaşlarının siyasi kampaniyada iştirakını təmin edəcək".
Bu sözləri politoloq Sədrəddin Soltan Sonxeber.az-a açıqlamasınDa deyib.
"Azərbaycanın bütün bölgələrində Prezident seçkiləri keçiriləcək. Bu milli müstəqillik tarixində ilk dəfədir ki, bütün Azərbaycan ərazisində seçkilər təşkil olunacaq. Seçkilərin özəlliyinin biri də bu seçkilərdə erməni sakinlərinin iştirakıdır. Azərbaycan beynəlxalq ictimaiyətə bütünlükdə ölkə ərazisinə nəzarət etdiyini və buna nail olduğunu bir daha sübut edəcək. Seçki həm də ictimai baxımdan əhəmiyyətlidir. Qarabağdan olan seçicilər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə səs verəcəklər".
Qeyd edək ki, 2024 -cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 634 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr