Məzahir Pənahov yeni nəsil şəxsiyyət vəsiqələri ilə səsvermə qaydasına aydınlıq gətirib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib.
O, komissiyanın bu gün keçirilən iclasında deyib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti sənədin üzərində qeyd olunur.
M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır:
"Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1065 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr