17 yaşlı qızın yaşadığı evə zorla girib onu öldürübmüş
Naxçıvanda 17 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sonxeber.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini, 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğunda başlanmış işin istintaqı zamanı 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olması müəyyən edilib. S.Məmmədovun 17 yaşlı qıza qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1286 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı
Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarl
21 martGüllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
"İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən -a verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb
6 fevralGüllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi məlum olub. "Qafqazinfo" xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bak
6 fevralHəmin şagird liseyə belə daxil olub - Video
Bu gün səhər saatlarında "İdrak" liseyində baş vermiş insidentin ilkin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, saytı 10-cu sinif şagirdinin liseyə necə daxil olduğunu əks etdirən görüntüləri yayıb. Videodan məktəblinin çiynindən asdığı çanta ilə lisey binasına daxil olduğ
6 fevralBakıda ana oğlunu öldürən şəxsi bağışladı
Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. -ın -a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərə
23 fevralHəbsxandan qan donduran etiraf: "Öldürüb hissələrə bölmüşəm"
İstanbulun Şişli rayonunda 24 yanvar gecəsi Özbəkistan vətəndaşı Durdona Xokimovaya məxsus parçalanmış meyitin tapılması ilə bağlı aparılan istintaqda yeni və şokedici detallar üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, iş üzrə əsas fiqur hesab olunan və hazırda həbsdə saxlanılan Gofurjon Akmalkhonovi
13 fevral15 il həbs verilən gözdən əlil məhkumun - Cəzası azaldıldı
Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül ola
7 mart