Bakıda təhlükəli küçə: Uşaqlar yola çıxmalı olur - icra başçısına müraciət - VİDEO
Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri rayonun icra başçısına müraciət edib.
"Ölkə.Az"ın məlumatına görə, müraciət qəsəbənin Əhməd bəy Ağayev küçəsi ilə bağlıdır.
Bildirilir ki, sözügedən küçə işıqlandırılmadığından axşam saatlarında avtomobil yollarında təhlükəli vəziyyət yaranır. Eləcə də, qarajlar binaətrafını zəbt etdiyindən həmin ərazidə yaşayan uşaqlar oynamaq üçün yola çıxmalı olur. Şikayətin davamında isə binaların alt mərtəbələrinin pəncərələri qarşısındakı çəpərlərin səkiləri zəbt etdiyi, yolun asfalt örtüyünün təmir edilmədiyi deyilir.
"Sanki keçən əsrin 90-cı illərinə qayıtmışıq", - deyə sakinlərdən biri qeyd edir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.
P.S.: Yada salaq ki, bu ilin may ayında Hövsan yolunda 3 nəfərin faciəvi ölümü ilə nəticələnən qəza baş verib. Ana, nənə və nəvənin həyatını itirməsi ilə sonlanan hadisənin baş verib. Ərazidə yaşayan insanlar bunun səbəbi kimi yolun qaranlıq olmasını göstərib. Bir çox yerli mətbu orqanlarında da qəza küçənin qaranlığa qərq olması ilə əlaqələndirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 740 Tarix: 27 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021