Qərbi azərbaycanlıların yurdlarına qayıdışı necə həyata keçiriləcək? - AÇIQLAMA
Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir. Qərbi azərbaycanlıların yurdlarına qayıdışı necə həyta keçiriləcək?
Mövzu ilə bağlı, Sonxeber.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan açıqlama verib. Onun sözlərinə görə, qərbi azərbaycanlıların vətəndaş hüquqlarının təmini, öz yurdlarına qayıdışı, təhlükəsizlik məsələsi Azərbaycan hakimiyyətinin prioritetlərindəndir:
"Hətta Azərbaycan-Ermənistan sülh müqaviləsində vacib, aparıcı mövzulardan biri qərbi azərbaycanlıların pozulmuş vətəndaş hüquqlarının bərpa olunmasıdır. Onun üçün ilk növbədə hüquqi bazanın yaradılması vacib sayılır. BMT sənədlərinə görə, qərbi azərbaycanlıların öz vətənlərinə qayıtması mümkündür. Repatriant olaraq Ermənistan onları qəbul etməyə borcludur. Onların tapdanmış hüququ, mülkiyyətinə dəyən ziyan Ermənistan hakimiyyəti tərəfindən ödənilməsi vacibdir. Habelə perspektivdə ölkəyə qayıdacaqları halda bərabərhüquqlu vətəndaş olaraq təhlükəsizliyin təmin olunması, elmi-mədəni istiqamətlərdə fəaliyyət göstərməsi, mədəni-milli hüquqlarının qorunması məsələləri Ermənistan tərəfindən öhdəlik olaraq götürülməlidir".
Siyasi şərhçi bildirib ki, bu məsələ bir sıra istiqamətlərdə Azərbaycan ərazisində də davam etməsi vacibdir:
"İlk növbədə qərbi azərbaycanlıların qayıdışı ilə bağlı maarifləndirmə işinin aparılması vacibdir. Bu torpaqlardan qovulma hadisəsinin üzərindən 35 ildir vaxt keçir. Həmin ərazilər yeni nəsil üçün doğma deyil. Uzaqlaşıblar həmin ərazilərdən. Orada doğrulmayıblar və həyat onlar üçün yaddır. Yeni nəslə qayıdışın hədəfi və məqsədin açıqlanması əsas məsələlərdəndir. Eləcə də Azərbaycan beynəlxalq səviyyədə müxtəlif görüşlərdə, BMT-də və bir çox beynəlxalq təşkilatlarda məsələnin diqqətə çatdırılması vacibdir. Çünki bu 250 mindən çox qərbi azərbaycanlının zorla qovulmasına hüquqi qiymətin verilməsi, həm də onların pozulmuş mülkiyyət və vətəndaş hüququnun bərpası deməkdir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur