Beyləqandakı məktəblə bağlı rəsmi açıqlama - Video
Beyləqan rayonunun Şərq qəsəbəsi sakinləri həmin ərazidə yerləşən məktəbin acınacaqlı vəziyyətdə olduğunu deyirlər.
"Qafqazinfo"ya müraciət edən bir qrup vətəndaş bildirir ki, övladlarının təhsil aldığı məktəb illərdir belə vəziyyətdədir: "Təhsil ocağında istilik yoxdur. Buna görə, burada infeksiya yayılıb. Məktəb binasının yararsız vəziyyətdə olması şagirdlər üçün təhlükəlidir. Tavan uşaqların başına-uçulub tökülür, döşəmədə deşiklər var. İstiliyin olmaması ilə yanaşı pəncərələr də qırılıb. Burada təhsil alan uşaqların 80 faizi artıq məktəbə getmir. Məktəb üçün dövlət tərəfindən vəsait ayrılsa da, heç bir iş görülməyib. Dəfələrlə müraciətlər etmişik, lakin bu problemi həll edən yoxdur".
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Beyləqan rayonu Şərq qəsəbəsi Q. Namazəliyev adına tam orta məktəbdə vəziyyətin ciddiliyini nəzərə alaraq məktəb rəhbərliyi ilə mütəmadi əlaqə saxlayır, vəziyyət müzakirə edilir və lazımi tapşırıqlar verilir: "Beyləqan rayonu Şərq qəsəbə məktəbində 12 sinif komplektində 240 şagird və bir məktəbəhazırlıq qrupunda isə 12 uşaq olmaqla cəmi 252 nəfər təhsil alır. 2 növbədə fəaliyyət göstərən məktəbin binası təmirsiz olsa da, sinif otaqları odun sobaları ilə qızdırılır və məktəbin istiliklə təminatında problem yoxdur. 21 dekabr 2023-cü il tarixdə dərslərdə 32 nəfər şagird iştirak etməyib ki, onlardan da 18 nəfəri xəstələndikləri üçün dərslərdə iştirak etməmişlər. Şərq qəsəbə tam orta məktəbinin yeni binasının inşası nəzərdə tutulub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021