PFL prezidenti Türkiyəyə yollandı: "Əhvalı yerindədir, müsbət irəliləyişlər göstərir"
Ağdamdan qayıdarkən ağır qəza keçirən Peşəkar Futbol Liqasının əməkdaşlarının müalicəsi davam edir. Qurumun prezidenti isə Türkiyəyə yollanıb və orada yenidən əməliyyat olunacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında qurumun Media və Marketinq direktoru Sənan Abdullayev məlumat verib. O, hazırda Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla birgə tam qüvvə ilə öz işlərinin başında olduğunu deyib:
"Elgiz artıq işə çıxır. Mən də çıxmaq istəyirdim. Sağ ayağıma tikiş qoyublar. Amma həkimin yanına gedəndə, dedi, bayramdan sonra söküləcək. Belə vəziyyətdə isə məcburən evdən işləyirəm. Buna baxmayaraq, bütün işlər nəzarətimdədir. Duruma uyğun kömək etməyə çalışacağam".
O, qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin fizioterapiyalara başladığını bildirib:
"Onu gördüm, şükür Allaha vəziyyəti yaxşıya doğrudur. Sadəcə, uzun müddət yataqda qaldığı üçün bədəni zəifləyib. Onu ayaqüstə heç cür qaldıra bilmirlər. Yalnız bir qədər qaldırıb otuzdururlar, fizioterapiyanı edirlər, yenidən yatağa qayıdır. Bununla belə, əhvalı yerindədir, müsbət irəliləyişlər göstərir".
Abdullayev PFL prezidentinin artıq Türkiyəyə yollandığını da söyləyib:
"Elxan müəllim artıq Türkiyəyə gedib. Amma orada neçə gün qalacağını dəqiq bilmirəm. Səhv etmirəmsə, iki əməliyyat keçirməlidir. Daha sonra qısa müddətdə yəqin ki, bərpa keçəcək, sonra geri qayıdacaq. Durumlarına baxmayaraq, onların hər şeydən məlumatları var. Həm Elxan, həm də Aslan müəllim tapşırıqlarını verir. Lazımi məlumatları ona və ya ətrafındakılara çatdırırıq. Bizim Antalyada klubların hazırlıq prosesləri ilə bağlı yayımlarımız olacaq. Elxan müəllim Türkiyəyə getməmişdən əvvəl bununla bağlı tapşırıqlarını vermişdi. İş prosesi onun nəzarətindədir. Antalyada çəkilişlər qaydasında olacaq. Sadəcə, durumumza görə biz ora getməyəcəyik. Keçənilki heyət isə orada olacaq. Artıq heyət bölünüb və rəhbər təyin olunub, daim əlaqədə olcağıq. Türkiyədəki oyunların hamısı yayımlanacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 550 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021