Bakıda çinli həmyerlisini niyə öldürüb? - "Arvadım tualetə getmək üçün otaqdan çıxdı, bir müddət sonra..."
Bakıda qısqanclıq zəminində öz həmyerlisini öldürən 1983-cü il təvəllüdlü Çin vətəndaşı Yuan Tianqanqa hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 48 yaşlı Pan Yuan Lianqı qətlə yetirən Yuan Tianqanqı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin olunub.
Məhkəmədə təqsirləndirilən Yuan Tianqanq baş verən hadisəyə görə özünü günahkar bilməyib:
"İxtisasca mühəndisəm. İkinci həyat yoldaşım Gu Yonqqionq ilə 13 mart 2023-cü il tarixində Bakıya işləməyə gəlmişik. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşamışıq. Mən zavodda elektrik mühəndisi, həyat yoldaşım isə aşbaz işləyirdi. Yataqxanada bizdən başqa digər Çin vətəndaşları - Jianq Xianfun, Jianq Yindonq, Yuanlianq Pan, Veiqanq Liu və başqaları ayrı-ayrı otaqlarda qalırdılar".
Təqsirləndirilən şəxs bildirib ki, onları Bakıya işləməyə Pan Yuan Lianq gətirib. O, Pan Yuan Lianqın tez-tez sərxoş vəziyyətdə olduğunu bildirib. Yuan Tianqanq qeyd edib ki, yataqxanada bir ayaqyolu olub. 2023-cü ilin 14 iyulunda gecə saat 00:20-də arvadı tualetə getmək üçün otaqdan çıxıb, o isə telefonu otağı işıqlandırmaq üçün arvadına verib:
"Bir müddət sonra dəhlizin sonundakı tualetdən həyat yoldaşımın səsinin gəldiyini eşitdim. Buna görə də koridora çıxdım və bu zaman iş yoldaşım Panın alt paltarında, sərxoş vəziyyətdə arvadımı məcburi şəkildə qucaqlamaq istədiyini gördüm, ondan qadını buraxmasını istədim. Pan isə arvadımı buraxmadı, bu zaman onunla aramızda sözlü mübahisə baş verdi. Pan ilk olaraq məni yumruqla, daha sonra yerdən götürdüyü dəmir boru parçası ilə vurdu. Mən də bunun qarşılığında süpürgə götürərək, Pana zərbə endirdim. Daha sonra həmin dəmir borunu onun əlindən alaraq başına vurdum. Bu zaman Pan yerə yıxıldı və huşsuz vəziyyətdə qaldı. Hadisədən 4 gün sonra Pan Yuan Lianq xəstəxanada öldü və buna görə dərin sarsıntı keçirdim".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1604 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqust"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabr