Bakı niyə seçkiyə ATƏT-i dəvət edib, AŞPA-nı isə yox?
Sonxeber.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Globalinfo.az-a müsahibəsini təqdim edir:
- Səməd bəy, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin əsl səbəbi nədir?
- Bu məsələnin gündəmə gətirilməsinin səbəbi kimi 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı "siyasi məhbuslar"la görüşə icazə verməməsi göstərildi. Bundan başqa, növbədənkənar prezident seçkilərini müşahidə etməyə AŞPA-nın dəvət edilməməsi də qeyd edilən səbəblər arasındadır.
Əslində bunların hamısı düşünülmüş, qeyri-obyektiv, qərəzli və heç bir reallığa əsaslanmayan səbəblərdir. Bizə görə isə səbəb aydın və bəllidir. Sərgilənən bu qərəzli mövqeyin əsas səbəbi Azərbaycanın Qarabağı işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsidir.
- AŞPA-nın irəli sürdüyü arqumentlərdən biri xüsusi ilə maraqlıdır - söhbət "siyasi məhbuslar"la görüşə icazə verilməməsindən gedir…
- Sözün düzü, mən bilmirəm ki, AŞPA hansı "siyasi məhbuslar"la görüşmək istəyib. Azərbaycanda nə siyasi məhbus anlayışı, nə də siyasi məhbus var. Məhbuslarla görüşmək məsələsini gündəmə gətirib, bəhanə edən Almaniyanın AŞPA-dakı nümayəndəsi Frank Şvabedir. Onu da deyim ki, bu iddia təəccüblü deyil. Əslində belə iddia həmişə olub. Vaxtilə yüzlərlə insanın adının qeyd edildiyi siyahılar tərtib edib, onlarla görüş keçirmək istəyirdilər. Təbii ki, elə insanlar vardı ki, onlarla görüşə bilirdilər. Bəzi məhbusların istintaq müddəti bitmədiyi, ya da başqa səbəblərdən görüşlər alınmaya da bilirdi.
AŞPA-nın hazırkı iddiası isə əsassızdır. Məruzəçilər Azərbaycana gəlib, kimlə lazımdırsa, görüşüb. Bir daha qeyd edirəm, hansısa məhbusla görüş olmaya bilər. Bunun da konkret səbəbi var. Ola bilər, kimsə istintaq altındadır və ya kiminsə prosesi hələ yekunlaşmayıb.
Ümumiyyətlə bir məqamı qeyd edim ki, hətta elə olub ki, AŞPA məruzəçisi Azərbaycana gəlməyib. Amma məsələ ilk dəfədir ki, bu qədər böyüyüb. Bu da bir daha onu deməyə əsas verir ki, verilən qərar, səslənən iddialar siyasi motivlidir. Əsas məqsəd Azərbaycanın nüfuzunu zədələmək, növbədənkənar prezident seçkilərinə kölgə salmaqdır.
- Məsələni AŞPA-da qaldıran alman deputat Frank Şvabedir. Bu şəxsin və onun timsalında Almaniyanın Azərbaycanla problemi nədir?
- Burada rəsmi Berlinin qərəzi açıq-aydın sezilir. Bundan başqa Fransanın təsiri ilə addım atdıqları da göz önündədir. Bu islamofob, türkofob, azərbaycanafob təfəkkürdür. Bir daha qeyd edirəm ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müdaxilə etmək istəyirlər.
Diqqət etsəniz, burada həm də ATƏT-ə bir qısqanclıq var. Belə ki, Azərbaycan növbədənkənar prezident seçkilərinə ATƏT təmsilçilərini dəvət edib. AŞPA məhz onların deyil, ATƏT-in dəvət edilməsini qəbul edə bilmir. Əslində bunun obyektiv səbəbləri var: Birincisi, AŞPA Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyib. 2023-cü ilin oktyabr ayında AŞPA-da əleyhimizə qəbul edilən qətnamənin mətninə baxmaq belə bu təşkilatın bizə qarşı qərəzli mövqeyini görməyə bəs edir. İkincisi, Azərbaycan yaxşı bilir ki, AŞPA nümayəndələri seçkilərdə iştirak etsə, nəticənin necə olmasından asılı olmayaraq, onların rəyi eyni olacaq.
ATƏT isə beynəlxalq bir strukturdur və dünya miqyasında tanınır. Buna heç kəsin şübhəsi ola bilməz. Lakin görünür, Frank Şvabe buna şübhə edir. Bu onun öz problemidir. Şübhə edirsə, problemini ATƏT-lə həll etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı