"Bakı Metropoliteni" parket satan şirkətdən monitor alır
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Texnoloji Korpusunun 3-cü mərtəbəsində yerləşən akt zalında yeni monitorların quraşdırılması işlərinin satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurulub.
Qaynarinfo xəbər verir ki, sorğunun qalibi "Parketaz" MMC seçilib. Monitorların quraşdırılması QSC-yə 41 482,9 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Parketaz" MMC 23 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 117-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlham Əkbər oğludur.
"Parketaz" MMC haqqında açıq mənbələrdə məlumat məhduddur. İlham Zeynalov barəsində isə ümumiyyətlə heç bir məlumat yoxdur.
Şirkətin adından da görünür ki, MMC döşəmə örtükləri üzrə ixtisaslaşıb. Smartjob.az saytında şirkət haqqında bunlar qeyd edilib:
"10 ildən artıq fəaliyyət göstərən "Parketaz" şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Şirkətimizdə dünyanın aparıcı döşəmə örtükləri istehsalçılarının keyfiyyətli məhsulları, o cümlədən döşəmələrin yığılması üçün vacib olan müxtəlif ləvazimatlar və döşəmələrə qulluq vasitələri geniş təqdim olunub".
Bu halda "Bakı Metropoliteni" QSC-nin monitor quraşdırmaq üçün parket şirkətini niyə seçdiyi barədə sualın cavabı açıq qalır.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.
Zaur Hüseynov metropolitenə rəhbərlik etməyə başlayandan qurumun keçirdiyi şübhəli tenderlərin sayı artıb. Həmin tenderlər barəsində mediada yayımlanan materialların sayı kifayət qədərdir.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 990 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunİlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyun