Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİRMənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildən istifadə şərtlərini dəqiq müəyyənləşdirməyə imkan verir.

Bəs, mənzilini kirayəyə verən şəxslər üçün kirayəçi ilə yazılı müqavilə bağlamaq nə dərəcədə vacibdir və müqaviləsiz, yalnız şifahi razılaşma əsasında mənzilin kirayəyə verilməsi ev sahibinə hansı hüquqi və maliyyə risklərini yarada bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, əgər əmlak mülkiyyətçisi əmlakını kirayə verərsə və həmin kirayədən əldə edilən gəlir bəyan olunacaqsa, bütün hallarda həmin əmlakın kirayəsi üzrə yazılı müqavilə bağlanmalıdır. Çünki istənilən daşınmaz əmlakla bağlı, istər kirayə, istərsə də icarə müqaviləsi bağlanan zaman Vergi Məcəlləsinin tələbinə görə həmin əmlak həm icarəyə verən, həm də icarəyə götürən tərəfindən vergi orqanında uçota alınmalıdır.

"Bunun üçün obyekt kodu verilir. Obyektin vergi orqanında uçota alınması üçün əsasən iki şey tələb olunur: yazılı ərizə və həmin əmlakdan istifadəni təsdiq edən icarə və ya kirayə müqaviləsi. Yəni əgər bu əmlak bəyan olunacaqsa, həmin əmlak vergi orqanında uçota alınmalıdır. Vergi orqanında uçota alınacaqsa, yazılı müqavilə əsasında uçota alınmalıdır. Əks halda həmin obyekti vergi orqanında uçota qoymaq mümkün deyil. Amma təcrübəni bilirik ki, bizdə adətən "centlmen sazişləri" bağlanır. İstər əmlakı kirayə verən, istərsə də kirayəyə götürən şəxs şifahi razılaşma əsasında hərəkət edir. Bunun da təbii ki, gələcəkdə hər hansı mübahisə yarandıqda riskləri var. Hər iki tərəf öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkir, çünki həmin əqd yazılı formada olmur. O baxımdan gələcəkdə yarana biləcək hər hansı mübahisənin qarşısını almaq üçün həmin müqavilələrin yazılı şəkildə bağlanması birmənalı şəkildə zəruridir və vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 263   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr