Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin "20 Yanvar" və "Şamaxinka" ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.
Bəs, "Avtovağzal" və "Xocəsən" metro stansiyalarında girişin müvəqqəti olaraq ödənişsiz edilməsi sərnişin axınının bölüşdürülməsinə və xüsusilə "20 Yanvar" ərazisində nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər və bu təcrübənin digər metro stansiyalarında və avtobus marşrutlarında tətbiqi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sərnişin axınını "Avtovağzal" və "Xocəsən" stansiyalarına yönləndirmək üçün belə bir addım atılıb:
"İnsanlarda maddi maraq yaradılır ki, həmin stansiyalardan giriş pulsuzdur və sərnişinlər bu istiqamətə yönəlsinlər. Düzdür, bu, bəzi insanlar üçün kiçik güzəşt kimi görünə bilər. Amma böyük əksəriyyət üçün günə, həftəyə və aya hesabladıqda kifayət qədər vəsait edir. Tədbir müvəqqəti olsa da, "20 Yanvar" və "Əcəmi" stansiyalarında sıxlığın azaldılması baxımından müsbət addımdır. Artıq nəticəsini də görmək mümkündür. "Avtovağzal" və "Xocəsən" stansiyalarından istifadə edən sərnişinlərin sayı artıb. Bu da digər stansiyalarda sıxlığın azaldılmasına öz təsirini göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri