Uşaq qənimi qızılca nə vaxt bitəcək - tüğyan edən virusların adı

Uşaq qənimi qızılca nə vaxt bitəcək - tüğyan edən virusların adıÜST və UNİCEF-dən həyəcan təbili; yoluxmalar artır, peyvəndləmə isə...

Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib.

Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ötən gün daha bir nəfər qızılcadan vəfat edib. Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.

Bəs 2024-cü ilin ilk 40 gününün tendensiyası nə deyir, ölüm halları getdikcə azalır, yoxsa? Uşaq qənimi virus nə vaxt dayanacaq? Hazırda ölkə boyu daha hansı viruslar tüğyan edir? Ölkə ərazisində müşahidə olunan və qış fəslinə xas olmayan mülayim-isti hava şəraiti yoluxmalara necə təsir edə bilər?

Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) həyəcan təbili çalır. ÜST ötən il Avropada qızılcaya yoluxma hallarının 45 dəfə artdığını bildirib. 2022-ci ildə 941, 2023-cü ildə 42,200 hadisə qeydə alınıb. Peyvənd qızılcadan qorunmaq üçün ən təsirli strategiyadır. Peyvənd olunduqdan sonra qızılcaya yoluxma ehtimalı çox aşağı olur və insan ömürlük qorunmuş sayılır. Bununla belə, peyvənd olunmuş hər 100 nəfərdən biri virusa məruz qaldıqda hələ də qızılca xəstəliyinə tutula bilər.

ÜST mütəxəssisləri bildirirlər ki, Avropada qızılca xəstəliyinin yayılması COVİD-19 pandemiyası səbəbindən uşaqlıqda peyvəndlənmə nisbətlərinin aşağı olması ilə bağlıdır.

"Təəccüblüdür ki, indiki nəsil valideynlər bir vaxt qızılcaya qarşı peyvənd olunublar. Və praktiki olaraq xəstələnmədilər. Amma bu gün valideynlər nədənsə övladlarının peyvənd edilməsinə ehtiyac olmadığını düşünürlər. Hazırda qızılcaya yoluxanların əksəriyyəti müxtəlif yaşlarda olan uşaqlardır", - deyə tibb elmləri doktoru Aleksandr Marçenko qeyd edib. O qeyd edib ki, bu gün qızılca ilə bağlı epidemioloji vəziyyət qeyri-sabitdir və narahatlıq doğurur: "Axı indiyə qədər bu virus üçün xüsusi bir müalicə təklif edilməyib, bundan yalnız dayanıqlı immunitet xilas edə bilər. Hər halda, qızılca ilə bağlı epidemioloji vəziyyət Rospotrebnadzor və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Bəli, biz epidemiya əleyhinə tədbirlər görməliyik. Lakin gec-tez həmin immun təbəqə və ya kollektiv immunitetin lazımi səviyyəsi əldə olunacaq ki, bu da gələcəkdə bu epidemioloji vəziyyətin inkişafına imkan verməyəcək", - epidemioloq əmin edib.

Virusoloq alim, N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun interferonlar və interferonogenez laboratoriyasının müdiri Feliks Erşov bildirib ki, hadisələrin axını gənc valideynlərin şüurundan asılı olacaq.

UNİCEF-dən isə bildirilir ki, COVİD-19 pandemiyası müddətində peyvəndlənmənin azalması nəticəsində Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları artmaqdadır. QPM peyvəndi ilə tam peyvənd olunmamış uşaqlar pnevmoniya, ömürlük beyin zədələnməsi, eşitmə qabiliyyətinin itirilməsi və hətta ölümlə nəticələnə bilən qızılca virusuna yoluxma riski ilə üzləşir.

Dünyadakı həkimlərin və alimlərin böyük əksəriyyəti QPM peyvəndini məsləhət görür və peyvəndin təhlükəsizliyinə və effektivliyinə inanır. QPM peyvəndi uşağını qızılca, parotit və məxmərəyə qarşı qoruyur. UNICEF mütəxəssisləri bir neçə virusun yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq edirlər. Qeyd edilir ki, qızılca yüksək yoluxduruculuğa malik virus mənşəli bir xəstəlikdir. O, yoluxmuş şəxsin öskürməsi və ya asqırması zamanı yayılaraq başqalarına keçə bilər. Digər insanlar çirklənmiş hava ilə nəfəs aldıqda və ya virusun olduğu səthə toxunduqdan sonra göz, burun və ya ağıza toxunduqda virusa yoluxa bilər.

Qızılca virusu havada iki saata qədər qala bilər. Onun yoluxuculuğu o qədər yüksəkdir ki, bir nəfər bu xəstəliyə yoluxubsa, ona yaxın olan və qızılcaya qarşı immuniteti olmayan insanların 90%-ə yaxını yoluxa bilər.

Bir çox insanlar xəstəlik yoluxmuş şəxsin dərisində olan səpgilərə səbəb olduqda ondan xəbərdar olur. Lakin qızılca həm də yüksək hərarət, öskürək və burun axmasına da səbəb ola bilər. Ağır hallarda, o, pnevmoniya, tənəffüs və nevroloji ağırlaşmalara səbəb olur və ölüm ilə nəticələnə bilir.

Qızılcanın simptomları virusla təmasdan 7-14 saat sonra başlayır və adətən yüksək hərarət, öskürək, burun axması və gözlərdə sulanma ilə təzahür edir. Qızılca səpgiləri ilk simptomlardan 3-5 gün sonra başlayır. Uşağı qızılcadan qorumağın ən yaxşı yolu onun QPM (qızılca-parotit-məxmərək) peyvəndi almasını təmin etməkdir.

Parotit yüksək yoluxduruculuğa malik virus mənşəli xəstəlikdir. Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də yoluxa bilərik. O, həmçinin yoluxmuş bir şəxs burnuna və ya ağzına toxunduqdan sonra başqa birinin toxuna biləcəyi səthə toxunanda da yayılır.

Simptomlar çox vaxt yüngül olur və adətən bir neçə gündən sonra başlayır. Ən çox nəzərəçarpan simptomlar yanaqlarda şişkinlik və qulaq və çənə arasındakı nahiyədə boyun ağrısıdır. Digər simptomlara baş ağrısı, yüngül hərarət, iştahasızlıq, boğaz ağrısı və çeynəmədə ağrı hissi daxildir.

Lakin parotit ciddi fəsadlara, o cümlədən eşitmə qabiliyyətinin itirilməsinə, ürək problemlərinə və baş beyin və onurğa beyninin zədələnməsinə gətirib çıxara bilər. Parotitin müalicəsi yoxdur.

Övladlarımızı parotitdən qorumağın ən yaxşı yolu onların peyvənd edilməsini təmin etməkdir. QPM (qızılca-parotit-məxmərək) bir inyeksiya vasitəsilə uşaqlarımızı hər üç xəstəlikdən qoruya bilən, inanılmaz dərəcədə təhlükəsiz, kombinə edilmiş vaksindir. Məxmərək virus mənşəli yoluxucu infeksiyadır. Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də bu infeksiyaya yoluxa bilərik. Bundan əlavə, yoluxmuş bir şəxsin toxunduğu və nəticədə məxmərək virusu ilə çirklənmiş səthə toxunduğumuz və sonra gözümüzə, ağzımıza və ya burnumuza toxunduğumuz zaman da bu infeksiya yayılır.

Məxmərək keçmişdə "alman qızılcası" adlandırılırdı. Bəziləri indi də onu bu cür adlandırır. Lakin ona qızılcanı törədən virus səbəb olmur.

Məxmərəyə yoluxan azyaşlı uşaqlarda adətən 2-3 həftə sonra yüngül simptomlar meydana gəlir. Ən çox rast gəlinən simptom bədən nahiyələrində qırmızı səpginin meydana çıxmasıdır. Digər simptomlara yüngül qızdırma, ürəkbulanma və yüngül konyunktivit daxildir.

Son günlər əhali arasında azyaşlıların göy öskürək infeksiyasına da yoluxduğu bildirilir.

Göy öskürək xəstəliyinin əlamətləri və yayılma yollarından danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova ATV-yə bildirib ki, bakterial infeksiya hava damcı yolu ilə yayılır: "Bu dövrdə uşaqlarda asqırma, öskürmə, burun axması və qızdırma kimi siptomlar müşahidə edilir. Özəlliklə gecə boğulma şəklində öskürəklər olur".

Mənbə: www.musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 856   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?

Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib

11 iyun
.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə

31 may
.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsinə və toksinlərin orqanizmdən xaric olunmasına kömək edir. Mütəxəssislər xüsusil

14 iyun
.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili

20 iyun
.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır. Axşam.az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskin

6 iyun
.

Ən az xolesterin olan ət: Diyetoloqların əsas seçimi

Bir çox insan bu əti xüsusilə sevir, çünki onun tərkibi mal ətinə bənzər üstünlüklərə malikdir. Eyni zamanda bu ət digər ət növləri qədər geniş yayılmayıb, lakin daha az xolesterin tərkibi ilə seçilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Noklapja" yazır. Məlum olub ki, ən az xolesterin ola

12 iyun
.

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli

6 iyun
.

Səkkiz saat yatmaq həmişə faydalı deyil

Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır. xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insa

21 iyun
.

Acqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı

"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir". xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova nəşrinə açıqlamasında bildirib. Həki

2 iyun