Azərbaycanda ilk futbol klubu və oyunu nə zaman olub? - Maraqlı tarix

Azərbaycanda ilk futbol klubu və oyunu nə zaman olub? - Maraqlı tarixRast gəldiyimiz bəzi sənədlərə görə, Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib. Lakin bu oyunda azərbaycanlıları yaxın qoymayıblar ki, iştirak etsinlər. Əsasən, xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar.

Ölkə.Az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev bildirib. O bildrib ki, azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçib:

"Özü də bu oyunun keçirilməsi birbaşa Əlibaxış Qədimov və ya Məşədi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Ə. Qədimov Balaxanı camaatı tərəfindən daha çox "Mer Kampan" adı ilə tanınıb. Bu adla o, kampaniya yaratmasından sonra məşhurlaşıb. Mer Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Buruq və buruqda tətbiq olunan avadanlıqlar o dövlər üçün çox böyük xərclərə başa gəlib. Neft quyuları isə Balaxanıda saysız-hesabsız olub. Kampan Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır. Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Ə.Qədimovla görüşüb öz sıralarına dəvət ediblər. Əvvəlcə milyonçu buna razı olmayıb. Səbəb kimi də ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna belə azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub.

İngilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın, əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar".

Z.Əliyevin sözlərinə görə, razılşama əldə edilir və Mer Kampan oynaya bilənlərin hərəsinə 10 qızıl pul verəcəyini deyir:

"25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməsi başlanır. Elə ilk futbol klubu kimi də "Balaxanı futbolçular dərnəyi" adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da, ondan sonra Azərbaycanda futbol inkişaf etməyə başlandı. Mer Kampan da sözünü tutub oyunçulara qızıl pulla mükafat verir və hər ay onlar üçün aylıq maaş ayrırır. Sovetlər Azərbaycanı işğal edib onun var-dövlətini əlindən alan günə qədər də klubun sponsoru və sahibi olur.

Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilib və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələnib. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirərək Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəlirlər".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 4157   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr
.

Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq. -ın məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax"

13 oktyabr
.

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb. -ın məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər. Qeyd edək ki, bu gün start

13 oktyabr
.

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq. -ın məlumatına görə, "Bavariya" "Arsenal"ı, "Real" isə "Leyptsiq"i sınağa çəkəcək. Həmçinin "Mançester Yunayted" "Komo"nun, "Qalatasaray" isə "Lill"i

21 oktyabr
.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr