Kredit borcunu ödəyə bilməyən şəxslər hansı halda həbs edilə bilər? - AÇIQLAMA
Maliyyə vəziyyətinizdə yaşaya biləcəyiniz mənfi dəyişikliklər kredit borcunuzu ödəməkdə çətinlik çəkməyinizə səbəb ola bilər. Kredit aldığınız zaman bankla bağladığınız müqaviləyə ödəniş planı daxildir. Kredit taksitləri bu planın şərtlərinə uyğun olaraq ödənilməlidir. Əks halda borcunuzu faizlə artırmaq və kredit hesabınıza zərər vurmaq kimi problemlərlə qarşılaşa bilərsiniz. Burada isə bir sual yaranır. Kredit borcunu ödəyə bilməyən şəxslər hansı hallarda həbs edilə bilər.
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:
"Kredit götürən şəxs vətəndaşdırsa heç bir halda həbs edilə bilməz. Şirkət rəhbərləri və sahibkarlar kreditdən təyinatı üzrə istifadə etməsələr, yəni müqavilə göstərilən şərtləri yerinə yetirmirsə barəsində tədbirlər görülə bilər. Məsələn tutaq ki, vətəndaş deyir krediti ev tikmək üçün istəyirəm. Amma gedir başqa işə görə vəsaiti xərcləyir. Bu da o deməkdir ki, kredit götürən şəxs bağlanan müqaviləyə əməl etmir. Bundan başqa, krediti vətəndaş yaxud şirkət qaytarmırsa, məhkəməyə verilir. Barəsində qərar çıxır ki, ödəməlidir. Əgər pulu olduğu halda yayınırsa, o zaman 3 il azadlıqdan məhrum edilə bilər. Buradakı məqam isə çox vacib məsələdir. Pulunun olmasını sübut etməlidirlər. İmkanı var və ödəmir. Bu halda mümkündür. Amma ki, imkanı yoxdursa və ödəmirsə həbs oluna bilməz. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı var. Avropa məhkəməsi deyir ki, dövlət sübut etməlidir ki, bu adamların imkanı var. Buna baxmayaraq, Azərbaycanda hələ də həbslər olub. Bunlar isə qanunsuzdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3166 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr