Zəngəzur dəhlizi Azərbaycanın istədiyi şərtlər daxilində açılmalıdır! - AÇIQLAMA
"2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əsasən hüquqi olaraq belə bir məsuliyyəti öz üzərində goturmusdu. Söz verdi ki, Zəngəzur dəhlizi ilə bağlı heç maneə törətməyəcək və açılmasına kömək edəcəkdir. Lakin Ermənistan hakimiyyətinin ikiüzlü siyasəti ucbatından illərdir ki, bu proses uzanır. Ermənistan hər vəclə yeri gələndə İranı, ABŞ-ni, Fransanı və digər ölkələri bu prosesə daxil edərək Zəngəzur dəhlizinin açılmaması üçün bir avantürist siyasət həyata keçirir. Lakin bunu nəzərə almaq lazımdır ki, Ermənistanın yeritdiyi bu cür siyasət hər dəfə iflasa uğramışdır. Nə Fransa Cənubi Qafqazda, nə dəki ABŞ-dəki ermənipərəst lobbi Azərbaycana diqtə edəcək gücdədir. Çünki Azərbaycan bu gün iqtisadi inkişafına, ordusunun gücünə, güclü xarici siyasətinə görə bölgənin lider ölkəsidir. Ona görə də Ermənistan hökuməti anlamalıdır ki, 2020-ci ilin noyabrında verdiyi sözü artıq yerinə yetirməlidir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə Zəngəzur dəhlizi Azərbaycanın istədiyi şərtlər daxilində açılmalıdır. Bu Azərbaycanın həm hüquqi-tarixi, həm də geopolitik haqqıdır.
"Biz çox yaxşı bilirik ki, 30 il ərzində Azərbaycan minlərlə kəndi dağıdılmış, 1 milyondan artıq vətəndaşımız qaçqına çevrilmişdir. Azərbaycana artıq külli-miqdarda zərər dəymişdir. Ən azından Zəngəzur dəhlizinin açılmasından sonra, qismən də olsa bu itirdiklərimizi yeni ticarət yolları ilə bərpa edə bilərik. Əslində Ermənistan bunu anlamalıdır ki, Zəngəzur dəhlizi ölkəsinin işinə gələn bir yoldur. Ona görə də Nikol Paşinyan və onun komandası artıq 2024-cü ildə sülh müqaviləsi imzalamalıdır. Bu sülh müqaviləsinin içərisində Zəngəzur dəhlizi olmalıdır. Əks təqdirdə Ermənistanın siyasi-iqtisadi və sosial həyatında böhranlar daha da dərinləşəcəkdir. Çünki Ermənistan bu gün sərhədlərinin 80 faizini işlədə bilmir. Türkiyə və Azərbaycan ilə münasibətləri yoxdur. Ermənistan onsuzda iqtisadi cəhətdən Moskvadan, qərbdən asılı bir hala gəlmiş ölkədir. Bu gün Ermənistan Cənubi Qafqazda, başda Zəngəzur dəhlizi olmaqla, iqtisadi xətləri açmasa vəziyyəti daha da bərbadlaşacaq. Biz bilirik ki, Ermənistan vətəndaşlarını itirir və xaricə böyük köç var. Ermənistan təqribən 1 milyon yarım vətəndaşı olan ölkəyə çevrilir. Ermənistan sanki Zəngəzur dəhlizinin açılmasının qarşısını alaraq müstəqil siyasət yürütdüyünü zənn etsə də, Fransanı və digər tərəfdən qərbdəki digər ermənipərəst lobbilərini, habelə İranın vassalı halına çevrilir. Lakin cənab prezidentin təklif etdiyi kimi əgər Ermənistan 3+3 formatında hərəkət edərsə bu onların gələcəyi üçün müsbət olacaqdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon