Azərbaycanda icra başçıları səsvermə yolu ilə SEÇİLƏ BİLƏR? - AÇIQLAMA

Azərbaycanda icra başçıları səsvermə yolu ilə SEÇİLƏ BİLƏR? - AÇIQLAMADaha əvvəl bildirmişdik ki, Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək. Böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Təbii ki, burada icra hakimiyyətlərinin taleyi sual altında qalır. Belə bir məsələ var ki, bələdiyyə rəhbərləri təyin edilməsi üçün seçkilər keçirilir və xalq tərəfindən seçilir. Bəs Azərbaycanda icra başçıları seçkilər yolu ilə seçilə bilər?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində icra hakimiyyətləri təyinat yolu ilə seçilir. Onları birbaşa ölkə başçısı özü təyin edir:

"Amma bu reallıqlar çərçivəsində onların səsvermə yolu ilə seçilməsi inanmıram mümkün olsun. İcra başçısı institutu post-sovet məkanlarına xas bir sistemdir. Biz burada iki variantı keçid etməliyik. İlk olaraq meriya sisteminə nəzər salaq. Burada merlərin xalq tərəfindən seçilməsi mümkündür. Yaxud bələdiyyə sisteminə keçmək lazımdır. Bələdiyyə sistemində seçkilər olur. Burada böyük bələdiyyələrin və ümumiyyətlə kiçik bələdiyyələrin seçkiləri keçiriləcə bilər. Yəni bunun üçün ilk növbədə icra hakimiyyətlərini bələdiyyələr ilə əvəzləməliyik. Onların mövcud səlahiyyətləri artırılmalı və ən azından Türkiyədəki kimi hibrid modelə keçmək mümkündür".

Politoloqun sözlərinə görə, Azərbaycandakı hazırkı qanunvericiliklə icra başçılarının xalq tərəfindən seçilməsi inandırıcı deyil:

"Bu ənənə hələki tətbiq edilməyib. Hələlik əsas müzakirə predmeti olan məsələ bələdiyyələrin səlahiyyətinin artırılması və Türkiyədəki kimi 14 iqtisadi rayon üzrə inzibati bölgünü edə bilərik. Həmin inzibati bölgüyə gedib və onun tərkib hissəsi olaraq bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi var. Bir daha qeyd edirəm ki, icra hakimiyyəti institutu ilə qeyd edilən məsələnin tətbiqi hələki mümkün deyil. Mer və bələdiyyə institutlarına keçid fonunda bunu etmək olar. Bu daha effektiv bir variantdır. Yerli əhali arasından sevilən, sayılan və hörmət görülən, xalqın etibar etdiyi şəxslərin seçilməsi mümkündür. Heç şübhəsiz ki seçilən şəxsin təsdiqlənməsi dövlət başçısı tərəfindən təsdiqlənə bilər".

Xatırladaq ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1921   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr