Zəngəzur dəhlizi nə zaman açılır? - AÇIQLAMA

Zəngəzur dəhlizi nə zaman açılır? - AÇIQLAMAMəlum olduğu kimi danışıqlar prosesini uzatmaq üçün Ermənistan təxribatlarının ard-arası kəsilmir. Bir tərəfdən Ermənistan hakimiyyəti rəsmi Bakının tələblərini heç vaxt qəbul etməyəcəklərini deyir, digər tərəfdən sülh prosesindən danışır. Belə məqamda Zəngəzur dəhlizinin açılması prosesidə uzanır. Açıq şəkildə müxtəlif bəhanələrlə dəhlizin açılması Ermənistan tərəfindən yubadılır. Bəs bu gərgin prosesin fonunda Zəngəzur dəhlizi ilin sonuna kimi açıla bilər?

Mövzu ilə bağlı Səxavət Məmməd Sonxeber.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı indiki mərhələdə dəqiq tarix demək bir qədər mümkün deyil:

"Adi 2023-cü ilin ortalarından başlayaraq həm Ermənistan, həm də Azərbaycan mediasında belə bir informasiya dolaşmağa başladı. Sanki qıza zamanda sülh müqaviləsinin imzalanacağı ilə bağlı məlumatlar yayıldı. Amma biz bu müqavilənin bağlandığını görmədik. Təxminən 7 ay sonra yenidən sülh danışıqları ilə bağlı bir xəbər verildi ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Yəni dolayısıyla bu barədə dəqiq proqnoz vermək olmaz. Ona görə də, Zəngəzur məsələsi bir qədər sual altındadır. Niyə sual altındadır? Çünki burada maraqlı tərəflər var".

Ekspertin sözlərinə görə, Yəni söhbət təkcə Azərbaycandan, Ermənistandan getmir. Burada əsas maraqlı tərəflər Qərb və Rusiyadır:

"Onların Zəngəzur dəhlizi üzərindən bir qarşıdurması var. Faktiki olaraq bunu görürük və şahidi oluruq. Əslində hansı tərəf güclü, bu məsələdə daha qətiyyətli və ciddi mövqe ortaya qoyacaqsa o tərəf qazanacaq. Rusiya Ermənistana ciddi şəkildə təzyiqi artırsa, hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması uzun çəkməz. Amma görürük ki, Ermənistan tərəfi konkret olaraq nəinki Rusiyanın fikirləri ilə razılaşır, hətta KTMT-dən çıxmaq istəyir. Ermənistan tərəfi Rusiya və hərbi bazalarının, sərhədçilərinin öz ölkəsi ərazisindən çıxmasını istəyir. Bunu istəməyən tərəflərdən biri də Fransadır. Əgər Fransa istəmirsə və Rusiya təzyiqi artırmırsa, bu o deməkdir ki, dəhlizin açılma prosesi uzanacaq. Proseslər açığı tez-tez dəyişir. Amma indiki vəziyyətdə Zəngəzur dəhlizinin qısa zamanda açılacağını şəxsən gözləmirəm".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2060   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr