Bu tələbə və şagirdlərə imtahanlarda güzəşt olunacaq! - AÇIQLAMA
Ölkə ərazisində qızıca və digər infeksion xəstəliklərə yoluxma hallarında artım müşahidə olunub. Əlbəttə ki, bu xəstəliklərə yoluxanlar arasında şagirdlər və tələbələr xüsusi yer tutur. Bu baxımdan qızılcaya yoluxan şagirdlərə və tələbələrə imtahanlarda güzəştlərin tətbiq edilməsi mövzusu aktualdır. Bəs qızılcaya yoluxmuş şagirdlərə və tələbələrə hansı güzəştlər edilməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov və İlqar Orucov Sonxeber.az-a açıqlama verib. Elşən Qafarov bildirib ki, istər qızılca, istərsə də başqa bir xəstəlik təhsil alan şəxsin dərs buraxmasına səbəb olur:
"Burada hökmən müəyyən güzəştlər tətbiq edilməlidir. Düzdür şagird yaxud tələbə qiymətləndirilməsə belə həmin qaiblər üzrlü sayılır. Qızılcanın yayıldığı bir vaxtda şagird nəinki xəstə halda durub gəlməlidir, hətta onun gəlməsi digərlərin sağlamlığı üçün təhlükə törədir. Amma bu yandan ali məktəblərdə hələ də bu hallar nəzərə alınmır. Tamamilə absurd bir fikirdir. Bu açıq şəkildə təhsil alanların hüquqlarının pozulması deməkdir. Qızılcaya görə üzrlü yüzlərlə bəlkə qaiblər tələbələrin təhsil krediti, kəsrləri yaranıb. Elələri var hətta təhsilini yarımçıq qoymağa başlayıblar. Belə olan halda həmin tələbələr təhsil tələbə kreditindən yararlana bilmirlər. Birmənalı şəkildə üzrlü qaiblər nəzərə alınmalı, imtahanlarda güzəşt edilməlidir".
Təhsil eksperti İlqar Orucov isə deyib ki, qızılcaya yoluxmuş şagird və tələbələrə güzəştlərin edilməsi bağlı hər hansı bir norma yoxdur:
"Nəzərə alsaq ki, qızılca kifayət qədər təhlükəli xəstəlikdir. Eyni zamanda bunun yayılma arealı kifayət qədər genişdir. Bu baxımdan burada yalnız tələblər ilə bağlı güzəşt tətbiq edilə bilər. Tələbə tutaq ki, hər hansı tibb müəssisəsindən arayış gətirirsə, onun dərsdə olunmadığı hallar üçün qaiblərin silinməsi deyə də bir şey yoxdur. Tələbə müvafiq qaib limitini keçdikdən sonra, o heç imtahanlara buraxılmır. Məsələn bir fakültədə qızılcaya yoluxma 1 faiz belə deyil. Buna görə də hər-hansı bir güzəştin tətbiq edilməsi mümkünsüzdür".
Ekspertin sözlərinə pandemiya dövründə tədris ənənəvi firmadan onlayn formata keçdi. Burada güzəştlər tətbiq olunurdu. Çünki dərslər onlayn keçirilir və əlçatanlığı yaxşı səviyyədə deyildi:
"Amma indiki halda düşünmürəm ki, güzəşt olunacaq. Mən düşünürəm ki, universitetin o güzəşti etməyə mexanizmi yoxdur. Çünki bu avtomatik olaraq qaib yazılır və imtahana buraxılmırsa, universitet buna görə heç bir tədbir görə bilmir. Nəzərə alsaq ki, qızılcaya yoluxduğu dövrdə bir müddət həmin tədrisin faizi keçmir. Sadəcə olaraq bu baxımdan mexanizm yoxdur. Onların hansı səbəbdən üzrlü yaxud üzrsüz olması əhəmiyyət daşımır. Yay məktəbində sadəcə olaraq imtahanını verə bilər. O cümlədən şagirdlər üçündə keçərlidir. Hələki şagirdlər 9-11-ci siniflərdirsə, burada buraxılış imtahanları var. Bu baxımdan hər hansı bir mexanizm tətbiq olunmayıb. Şagirdlərin hamısı bərabər formada imtahana girir. Orada hansı güzəştdən danışmaq olar".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon