Metro istifadəçilərinə ŞAD XƏBƏR: yaxın 1 həftə ərzində...
"Rusiyadan 65 yeni vaqonun alınması razılaşdırılıb. Yaxın 1 il ərzində 35 vaqon, sonrakı ildə 20, ondan sonrakı ildə isə 10 vaqonun gətirilməsi razılaşdırılıb".
Bu fikirləri Musavat.com-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Niyə Rusiya?" sualına isə sözçü belə cavab verib:
"Çünki metronun vaqon təsərrüfatı elə bir sahədir ki, onu yenidən qurmaq çətindir. Bir istiqamətdə olan vaqonlara qulluq, baxış, təmir zaman tələb edir. Əgər böyük bir təsərrüfat obyekti qurulubsa, onu qəfil dəyişməz olmaz. Hər hansı bir başqa modeli alanda onun təmiri prosesinə, işçi personalının hazırlığına qədər hər bir iş görülməlidir".
Bəxtiyar Məmmədov bildirib ki, eyni zamanda stansiyalar üçün 6 yeni təbii havalandırma qurğusu alınıb:
"Onların quraşdırılmasına başlanılacaq. Planlama gələn həftə ərzində tam bilinəcək. Çünki məhsul gəlməmiş sistemin əvəzolunmasına başlamaq mümkün deyil. Hər qurğu iki-iki quraşdırma sistemlərindən ibarət olur. Məhsul əldə olandan sonra proses davam etməlidir.
İl ərzində 6 ventilyatorun alınması da planlaşdırılır. Onların alınması istiqamətində tədbirlərə başlanılacaq".
Qurumun mətbuat katibi vurğulayıb ki, Novruz bayramı ilə əlaqədar hazırda ənənəvi tədbirlər planı hazırlanır:
"Çox güman ki, yaxın 1 həftə ərzində proqram müəyyənləşəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3009 Tarix: 02 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr