Orta Dəhliz - Süveyş kanalına alternativ: reallıqlar və perspektivlər

Orta Dəhliz - Süveyş kanalına alternativ: reallıqlar və perspektivlərSon iki ildə baş verən geosiyasi dəyişikliklər Mərkəzi Asiyadan keçən və Çini Avropa ilə birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) əhəmiyyətini kəskin şəkildə artırıb.

"Report" xəbər verir ki, əvvəlcə Rusiya-Ukrayna münaqişəsi, ötən ilin sonundan isə husilərin Qırmızı dənizdə gəmilərə hücumu qlobal ticarət yollarına təsir edir. Yekunda hər şey nəqliyyat, təhlükəsizlik və kommunikasiya xərclərinin artması ilə nəticələnir. Asiyadan, əsasən də Çindən Avropaya nəqliyyat dəhlizləri və avropalıların istehlak etdiyi məhsulların tədarük zəncirləri pozulub, bütün bunlar yekun xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.

Əvəzində isə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Antalyada keçirilən Diplomatik Forumda vurğuladığı kimi, Çin ilə Avropa İttifaqı (Aİ) arasında Qafqaz ərazisindən keçən illik ticarət dövriyyəsi 700 milyard ABŞ dollarını ötür.

"Hazırda şimal dəhlizi məlum səbəblərdən praktiki olaraq iflic vəziyyətindədir və bu, iki ticarət tərəfdaşı arasında mərkəz olan Qafqaz regionunun əhəmiyyətini artırır. Beləliklə, Cənubi Qafqaz və Orta Dəhliz Azərbaycan tərəfinin də niyyəti olan geniş strateji əlaqəni təmin edə bilər. Çindən Avropaya yüklərin daşınmasını təmin etmək üçün regionun potensialına əlavə diqqət yetirildiyini görürük", - H.Hacıyev deyib.

Hikmət Hacıyev
Hikmət Hacıyev
Yeri gəlmişkən, bu yaxınlarda keçirilən 5-ci Balkan və Qara Dəniz Forumu çərçivəsində həm Çin, həm də Aİ geosiyasi problemlərin həlli və tədarük zəncirlərinin təhlükəsizliyinin artırılması üçün Orta Dəhlizin inkişafına ümumi marağı ifadə ediblər.

Avropa və beynəlxalq maliyyə qurumları isə Mərkəzi Asiya regionunda nəqliyyat əlaqələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına 10 milyard avro ayırmağa hazır olduqlarını bildiriblər.

Məlum olduğu kimi, husilərin Qırmızı dənizdə gəmilərə hücumları başlayandan bəri Süveyş kanalı ilə yükdaşımaların həcmi 55 % azalıb. Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəyərləndirməsinə görə, Süveyş kanalı Qırmızı dənizdəki gərginlik səbəbindən yüklərinin təxminən üçdə ikisini itirib və yüklər hazırda Afrikanın cənubundan daşınır. Bir sıra gəmiçilik şirkətləri isə Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırmaq qərarına gəliblər.

Bu münaqişə fonunda yükdaşıyanlar Ümid burnundan keçən və daha uzun olan marşrutu seçirlər, eyni zamanda Aİ, Çin və Cənub-Şərqi Asiya ölkələrində diqqətlər Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ərazisindən keçən Orta Dəhlizə getdikcə daha çox yönəlir. O, vaxt itkisi və təhlükəsizlik baxımından Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinin bazarlarına giriş üçün optimal hesab edilir.

Son illərdə Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı limanı vasitəsilə yüklərin aşırılmasını əhatə edən Orta Dəhlizin birləşmiş dəniz və dəmir yolu komponentinin imkanlarının genişləndirilməsi istiqamətində də fəal iş aparır.

H.Hacıyevin də vurğuladığı kimi, Azərbaycan Bakının Ələt limanının ötürücülük qabiliyyətinin ildə 25 milyon tona çatdırılmasına sərmayə yatırır.

"Azərbaycan bu yaxınlarda BTQ-nin Gürcüstan seqmentinin gücünü artırmaq üçün Gürcüstanla birgə əlavə sərmayələr qoymağa başlayıb. Biz həmçinin türkiyəli həmkarlarımızla Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi ilə bağlı da razılıq əldə etmişik", - Prezidentin köməkçisi bildirib.

Qeyd edək ki, 230 kilometr uzunluğunda olan xətt Qars-İğdırdan başlayaraq Naxçıvana qədər uzanacaq. Oradan xətt İran, Əfqanıstan və Pakistana gedən dəmir yolu xəttinə birləşdiriləcək. Bununla Türkiyə də logistika sahəsində böyük üstünlük əldə edəcək.

BTQ-nin Gürcüstan seqmenti üzrə genişləndirmə və modernizasiya işlərinə gəlincə, onun 2 ay ərzində başa çatdırılması planlaşdırılır. Bu gün Axalkalakidə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu administrasiyaları rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə bu işlərin icrasının gedişi və sürətləndirilməsi müzakirə olunub. Bu, əlavə yük axınlarının cəlb edilməsi üçün zəruri şərt olan Asiya və Avropa arasında yükdaşıma vaxtını xeyli azaldacaq. İlkin mərhələdə, modernləşdirilmədən sonra BTQ ilə yükdaşımaların həcminin ildə 5 milyon ton olacağı gözlənilir.

BTQ vasitəsilə yüklərin Pekindən (Çin) Londona (Böyük Britaniya) çatdırılması 12-15 günə mümkündürsə, Avropadan Asiyaya Afrika vasitəsilə dəniz yolu ilə yüklərin daşınması isə 45-62 gün, Çindən Avropaya Rusiya vasitəsilə çatdırılma isə 32 gün çəkir.

O cümlədən Orta Dəhliz marşrutları üzrə qeyri-neft yüklərinin, eləcə də konteyner yüklərinin qatar və yük maşınları ilə daşınması orta hesabla təxminən 20-25 gün çəkir ki, bu da yüklərin Çin və Cənub-Şərqi Asiyadan dəniz yolu ilə, Cənubi Afrikada Ümid burnundan keçməklə daşınmasından xeyli azdır. Belə ki, ikinci halda yüklərin daşınması orta hesabla ən azı bir ay yarım çəkir. Şərq və Qərb arasında ənənəvi marşrutlar üzrə və əks istiqamətdə malların çatdırılması 53 gün çəkir (Süveyş kanalı vasitəsilə daşındıqda).

Aydın olan odur ki, Rusiya ilə Qərb arasında bütün logistika marşrutlarını kəsən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qırmızı dəniz və Süveyş kanalında gəmiçilik fəaliyyətinin faktiki olaraq dayanması ilə nəticələnən Yaxın Şərqdəki mövcud münaqişələrin gərginləşməsi Orta Dəhlizin etibarlı marşrut olaraq rolunu daha da artıracaq.

Proqnozlar da bunu təsdiqləyir. Belə ki, 2025-ci ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi ildə 10 milyon ton yükə çatdırılacaq. 2023-cü ildə bu marşrutla 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 889   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr