Tramp üç ştatdakı ilkin səsvermədə qalib gəldi
Donald Tramp üç ştatda - Missuri, Miçiqan və Aydahoda Respublikaçılar partiyasının ilkin seçkilərində qalib gələrək rəqibi, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heylini üstələyib.
Eks-prezident Missuridə səslərin 100%-ni toplayıb. Miçiqanda ona 1 575 nəfər səs verib, Heyli isə 36 seçici tərəfindən seçilib. Bu ştatda fevralın 27-də keçirilən praymerizdə Tramp 68%, Heyli 27% səs toplayıb.
Aydaho ştatında isə səslərin 77,5%-i hesablandıqdan sonra Tramp respublikaçıların 84,6%-nin dəstəyini qazanıb, seçicilərin 13,5%-i isə Heyliyə səs veriblər. Bu ştatda səslərin yarıdan çoxunu toplayan namizəd respublikaçıların 32 nümayəndəsinin hamısının dəstəyini qazanacaq.
Beləliklə də, hələ bu üç ştatda səsvermədən əvvəl Tramp 122 nümayəndənin dəstəyini alıb. Heyli isə 24 nümayəndənin səsini qazanıb.
Qeyd edək ki, ABŞ-də prezidentliyə namizədlər partiya aparatı tərəfindən təşkil edilən ilkin səsvermələr nəticəsində müəyyənləşir. Yayda keçiriləcək qurultayda konkret namizədin irəli sürülməsi məhz ilkin səsvermələrin nəticələrindən asılıdır.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 573 Tarix: 03 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr