Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında sülh üçün mühüm vasitə ola bilər"
"Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün bərqərar olması üçün mühüm vasitə ola bilər".
Bunu Antalya Diplomatiya Forumunda keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
"Avrasiyada əməkdaşlığın yeni dinamikası" sessiyasında çıxış edən diplomat vurğulayıb ki, sırf iqtisadi səmərə ilə yanaşı, post-münaqişə mühitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh üçün faydalı addıma çevrilə bilər.
"Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu layihə nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verəcək və fayda verəcəkdir. Həmçinin, Zəngəzur dəhlizi artıq mövcud olan Transxəzər Beynəlxalq Orta Dəhlizinə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisidən keçməklə Avropa ilə birləşdirə bilər.
Ümid edirik ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən "yol ayrıcının" regional dalana dirənməsi riski var", - deyə E.Əmirbəyov yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 591 Tarix: 03 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabr"Müəllimlik ixtisasına qəbul sayı azaldılıb"
"Bu il müəllimlik ixtisasına qəbul sayı 3690 yer azaldılıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, bu tədris ilində ali məktəblərə 76 mindən çox nəfər qəbul olub: "Strategiyanı
14 sentyabrProqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Xəzər TV yeni mövsümə start verib. Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan "Xəbər ertəsi", "Qonaqcanlı", "Evdəkilərə salam", "Xəzər axşamı" və "Təsir dairəsi" proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb
14 sentyabrİnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri
14 sentyabrOnlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrSabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy
15 sentyabr