Sevgi əngəl TANIMIR! Əlil arabasında həyata əlvan saplarla bağlanan toxucu
Edə bildikləri məhdud, zehni isə geniş. Mehriban Nadirova. Fiziki məhdudiyyətlidir. Həyatı əlil arabasında keçir. Bəlkə çox fəaliyyətdən məhrumdur. Amma bu ona həyatı xoşbəxt yaşamağa mane olmur.
Mehriban Nadirova ağır skolioz xəstəsi kimi dünyaya gəlib. Birinci dərəcəli əlilliyi var. Anası və atası yaxın qohum olduğu üçün o, özü və qardaşı bu xəstəliklə doğulub. Sonxeber.az xəbər verir ki, "İTV Xəbər Yekun" ilə öz fikirlərini bölüşüb:
"Uşaqlıqda anamın sayəsində toxumağı bacarırdım. Evdə qardaşlarıma uşaqlar üçün şərf, papaq toxuyurdum. 12-13 il olar ki, internet vasitəsilə yaxşı rəfiqələr qazandım. O vaxtı internetimiz yox idi və and mobil internet ilə işləyirdik. Mənə məsləhət gördülər ki, internet çəkdir və "YouTube"da videolar vasitəsilə öyrən. Onları məsləhətilə öyrənməyə başladım. Elə 12-13 ildir ki, oyuncaqları uşaqlar üçün hazırlayıram. Oyuncaqlarım üzərində vizitkalarım var. Uşaqlar onlarla oynayır və həmin kadrları görəndə adam çox xoşbəxt olur".
Öz dili ilə desək bomboz həyatına əlvan saplarla milçəsi ilə rəng qatıb Mehriban xanım. Toxuduğu cizgi film qəhrəmanları artıq onun həyatının əsas obrazına çevrilib. Məhz bu kiçik sevimli qəhrəmanlar sayəsində özünü məhbus etdiyi dörd divar arasından çıxmağı, insanlardan qorxmamağı öyrənib.
"Mən 43-44 il kompleks etdiyim üçün evdən çıxmamışam. Ancaq evdə oturmuşam. İctimai qınaq, dost yaxud qonşu nə deyər fikirləşirdim. Biz indi qəbul olunuruq. 2-3 il mən ictimai nəqliyyat ilə çıxanda hamı dörd gözlə baxırdı. İndi artıq rahat çıxıram. Bilmirəm o sözləri özüm alışmışam yoxsa ictimaiyyət qəbul edib. Bizi ən çox incidən insanların bizi dilənçi gözü ilə görmələridir2.
Mehriban Nadirova fiziki məhdudiyyətli şəxslər üçün təşkil olunmuş sərgilərdə həm toxuduğu əl işlərini satışa çıxarır, həm də yeni insanlar ilə tanış olur. Maraqlı layihələrdə iştirak edir.
Ətraflı "İTV Xəbər Yekun"un süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon