Şagird çox, MÜƏLLİM YOX - VİDEO
Həmişə dövrün tələblərinə uygun, dəbdə olan ixtisaslar olur. Bir vaxtlar hüquqşünas olmaq istəyənlər çox idi. İndi isə tələb başqadır. Bəhs olunacaq sahədə tələb var. Amma bunu qarşılayacaq kadrlar yoxdur.
Rus bölməsində təhsil alan şagirdlərin sayı kifayət qədərdir. Lakin bu bölmədə kadr azlığı övladını rus bölməsinə təhsilə cəlb edən valideynləri irəli atmaq əvəzinə geri salır.
Sonxeber.az xəbər verir ki, mövzu ilə "ARB Xəbər" araşdırma aparıb. Ekspertlər deyirlər ki, rus bölməsində kadr azlığının əsas səbəblərdən biri rus dilli ixtisaslarının sayının azalmasıdır:
"Əvvəlki illərə diqqət yetirsək görərik ki, rus dilli ixtisaslar kifayət qədər azalıb. Məktəblərdə rus dilli müəllimlərin aldığı məvacib kifayət qədər yüksək deyil. İndiki gənclər bir peşəni seçməzdən əvvəl araşdırma edirlər. Bu araşdırmanın əsasında onlar müəllimlik ixtisasından çox özəl yaxud dövlət sektorunda, fərqli istiqamətlərdə rus dili tələb edən peşələrə üz tuturlar".
Fərqli ixtisas üzrə dərs deyən Azərbaycan bölməsi müəlliminin rus dilində başqa bir fənni tədris etməyi isə gələcəkdə bəzi problemlərin yaranmasına zəmin yaradacaq:
"Şagirdlərimiz kifayət qədər rus dilini mənimsəyə bilmir. Bu da onların gələcək illərdə, abituriyent vaxtı imtahan verərkən nəticələrinə də təsir edir. Biz diqqət yetirəndə görürük ki, artıq rus dilində təhsil alan şagird və abituriyentlərimiz Azərbaycan bölgəsində təhsil alan abituriyentlərdən xeyli az bal toplayır".
Ətraflı "ARB Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1066 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr