"Azərişıq"ın daha bir oyunu- Keçmiş işçisinin başına GÖRÜN NƏLƏR GƏTİRİB

"Azərişıq"ın daha bir oyunu- Keçmiş işçisinin başına GÖRÜN NƏLƏR GƏTİRİB"Azərişıq" ASC-nin Səbail RETSİ-nin keçmiş işçisi Samir Cəfərli "Yeni Gundem"-ə sözügedən qurumdan şikayət məktubu göndərib.

Məktub Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə Surəti : Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti : Azərbaycan Respublikasının Energetika Naziri hörmətli Pərviz Şahbazova

Surəti : Azərbaycan Respublikasının Maliyyə Naziri hörmətli Samir Şərifova

Surəti : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri hörmətli Sahil Babayevə

Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə xanım Əliyevaya.

Vətəndaş bildirir ki, 08.04.2022 -ci il tarixinədək Səbail RETSİ-nin İstismar Şöbəsində ilk olaraq PŞİ, daha sonra 21.09.2022-ci il tarixinədək SƏBB üzrə elektrik montyoru kimi , bu tarixdən sonra isə ( kompyuter və ofis proqramları , elektron dövlət portallarının idarəsi, maliyyə və hesabat biliklərimə görə) RETSİ-nin Enerji Satış Şöbəsinin Mühasibatlıq və Xidmətlər Sektorunun əhali mühəndisi vəzifəsinə keçirilib.

22.01.2024-cü il tarixindən etibarən ölkədəki yaşam xərclərinin və şirkətdəki iş yükünün durmadan artdığına , lakin aylıq əmək haqqında heç bir yüksəlmələrin olmadığına görə öz şəxsi ərizəsi ilə ( 20.11.2023-cü il tarixli ərizəmin əsli itirilmiş hesab olunduğuna görə təkrarən 19.01.2024-cü il tarixində ərizə yazmaq məcburiyyətində qaldığımı qeyd etmək istəyirəm) işdən azad olunma müraciəti edib.

Şirkətdə çalışdığı dövr ərzində problemləri dilə gətirmə şansı olmadığına və hər hansı bir cəhd göstərən işçinin müxtəlif bəhanələrlə və ya şişirdilmiş nöqsanlarla işdən uzaqlaşdırıldığını və ya töhmətləndirildiyini görərək , bu gün problemlərin aradan qaldırılmasını və ona dəyən maddi və mənəvi ziyanın yuxarıda sadalanan ali şəxslərin nəzarətilə ödənilməsini xahiş edir.

Samir Cəfərli çalışdığı 8 il müddətində hər ay minimal olaraq 5-10 gün maaşları gecikdirilib və bu gecikmələrə görə heç bir əlavə ödəniş almayıb.

"Dövlət qurumunun kiçik vəzifəsinin məsuliyyət sahibi olaraq, RETSİ üzrə 43000 əhali abonentinə xidmət göstərən ştat üzrə tək mühəndis olaraq, hər zaman abonentlərə dəqiq, vicdanlı, qarşılıqsız xidmət göstərib, bacardığım köməyi əsirgəməmişəm və xidmət dövründə gördüyüm işin aldığım məvacibdən asılı yox, xarakterimin nəticə məhsulu olduğunu özümə əsas bilmişəm. Lakin, şirkətin peşə məsuliyyətimdən sui-istifadəsi və dəyərləndirməməsi qanuna zidd və təəssüf doğurucudur",- O, deyir.

Onun dediyinə görə, maaş gününü nəzərə alaraq, şəxsi ehtiyacların təmin olunması məqsədilə bankdan kredit əldə etdiyinə görə, maaşın gecikdiyi hər günə görə əlavə faizlər ödəmək məcburiyyətində qalıb və hazırda rəsmi olaraq heç bir gəlir mənbəyi olmadığı üçün kredit borclarını da ödəyə bilmir.

"Bu gün "Azərişıq" ASC tərəfindən mənim haqqımın alınmasına ən çox oma görə ehtiyacım var ki, bank üzrə olan öhdəliklərimi yerinə yetirə bilmirəm".

İşdən azad olunan S. Cəfərli hesab edir ki, onun 22yanvar 2024-cü il tarixində işdən azad olunma əmri verilsə də, düzgün hesablanmayan son haqq-hesab məbləği 30.01.2024- cü il tarixində 487.19 azn və 27.01.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə olan ilkin müraciətindən sonra yenidən düzgün hesablama aparılmadan 05.02.2024-cü il tarixində 357.09 azn əlavə məbləğ kimi hesaba keçirilib və hələ də ona məxsus olan əmək kitabçası təhvil verilməyib.

"Əmək kitabçamın mənə verilməməsinin səbəbi kimi "Azərişıq" ASC tərəfindən "yazılmamış qanunlarına əsasən" verdikləri çıxış vərəqəsinin daxili strukturlarındakı 10 rəhbərə imzaladaraq , onlara təhvil verəcəyim təqdirdə mümkün olacağı deyilir və bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 172.6 , 173.3 maddələrinə tamamilə ziddir".

Vətəndaş əsaslı olaraq Kapital Bankdan rəsmi təsdiqli hesab çıxarışını dəlil kimi şikayətinin sonunda təqdim edib.

"Maddə 173. İşçilərin haqq-hesab sənədləri və 173.1 , 173.2 , 173.3 , 173.4 maddələrinə istinadən

Bundan başqa, istirahət və bayram günlərində, rəhbərlik tərəfindən qeyri-rəsmi olaraq tərtib olunmuş növbətçilik üzrə məcburi işə çıxmağımıza baxmayaraq iş vaxtından əlavə işlədiyimiz gün və saatlara görə heç bir ödəniş almamışam.

Belə ki , 21.09.2022-ci il tarixindən etibarən E.S.Ş-nin M.X.S-nun əhali mühəndisi kimi fəaliyyətə başladığım dövrdən idarə binasını iş vaxtının rəsmi olaraq 18:00 –da bitməsinə baxmayaraq çox nadir hallarda 19 :00 , və gec tərk etmişəm . Həmçinin mənə həvalə olunmuş kompüterdə ( ip / 25-80 ) Cisco Any Connect (VPN uzaqdan idarəetmə ) tətbiqi quraşdırılmışdır ki, proqram vasitəsilə hər gün səhər rəsmi iş saatı 9:00 – dan 1 saat öncə hesabatlara başlayırdım və istirahət günlərinin istənilən saatında lazımı sənədləri hazırlamaq üçün iş kompüterinə bağlanırdım . İT şöbəsi tərəfindən mənim kompüterimin əməliyyat tarixçəsinin araşdırılaraq , işlədiyim əlavə iş saatlarının təzminat olaraq mənə ödənilməsini tələb edirəm . Əməliyyat tarixçəsinin qeyri-müəyyən olaraq silinməsi halında , bir nüsxənin məndə olduğunu və ehtiyac yaranarsa mail vasitəsilə göndərə biləcəyimi xüsusi qeyd etmək istəyirəm .

Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi və 165.1 , 165.2 , 165.3 maddələrinə istinadən

Maddə 166. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi və 166.1 , 166.2 maddələrinə istinadən

Maddə 99. İş vaxtından artıq iş və 99.1 , 99.2 , 99.3 , 99.4 , 99.5 maddələrinə istinadən

Maddə 100. İş vaxtından artıq işlərin son həddi və 100.1 maddələrinə istinadən

Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar və 101.1 ( a , b , c , ç ,d bəndlərinə), 101.2 maddələrinə istinadən

Maddə 89. Tam iş vaxtı və onun müddəti və 89.1 , 89.2 , 89.3 maddələrinə istinadən

Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi və 90.1 , 90.2 , 90.3 maddələrinə istinadən

Maddə 180. İşçinin müəssisənin gəlirindən pay almaq hüququ

İşçilər, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır".

Şikayətçi 27 yanvar 2024-cü il tarixində "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamasınabaxmayaraq, DOST Agentliyi tərəfindən 2 fevral 2024 -cü ildə izahata dəvət olunub və müraciətinin son icra tarixinin 22.02.2024-cü il tarixi olmasına baxmayaraq, hələ də heç bir rəsmi cavab almayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

"Maddə 10. Müraciətə baxılması müddəti

10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır".

Samir Cəfərli onu da əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə hər bir məmurun, dövlət qulluqçularının xalqın xidmətçisi olduğunu qeyd edib, böyük vəzifələrin böyük imkanlar yox, böyük məsuliyyətlər daşıdığını bildirib.

"Hər bir dövlət qurumu təlimatlandırılıb ki,vətəndaşları incitmək, tutduğu vəzifədən sui-istifadə etmək olmaz və belə hallar aşkarlanarsa kimliyindən asılı olmayaraq hər bir şəxs istintaqa cəlb olunacaq, qanun qarşısında cavab verəcək. Heç kim qanundan üsten deyil, qanun qarşısında hər kəs bərabərdir.

Hörmətli Cənab Prezidentimiz , Qalib xalqımızın Qalib Ali Baş Komandanı , Ulu Öndərimizin irsinin ən layiqli davamçısı, Sözü İmzası olan , Dəmir Yumruqlu cənab İlham Əliyev . Mən sizə və sizin rəhbərlik etdiyiniz müstəqil Azərbaycan Respublikasının qanunlarına güvənirəm . Sizin haqq və ədalətlə yürütdüyünüz bu dövlətin qanunlarına sığınaraq, məmur özbaşınalıqlarının qarşısının alınmasında sizin nəzarətinizlə, məsələnin həllinin tapacağına və qanun çərçivəsində haqq-ədalətin bərqərar olacağına inanıram.

Hüquq və söz azadlığımın, qanuni maraqlarımın pozulması, şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verilməsi hallarında birbaşa olaraq qarşı tərəf cavabdehlik daşıyacaq və aidiyyəti üzrə qurumlara müraciət edəcəyimi bildirmək istəyirəm.

Şikayət müraciətini özüm yazdım , imzamla təsdiq edirəm",- deyə O, qeyd edib.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq./"Yeni Gundem"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1196   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yəkunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərl

14 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr
.

"Müəllimlik ixtisasına qəbul sayı azaldılıb"

"Bu il müəllimlik ixtisasına qəbul sayı 3690 yer azaldılıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, bu tədris ilində ali məktəblərə 76 mindən çox nəfər qəbul olub: "Strategiyanı

14 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə

14 sentyabr
.

Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd

14 sentyabr