ABŞ və Böyük Britaniya "Rusiyada terror" xəbərdarlığı edir - ŞƏRH

ABŞ və Böyük Britaniya "Rusiyada terror" xəbərdarlığı edir - ŞƏRHABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.

Təxminən eyni gündə Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən "İslam Dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin zərərsizləşdirdiyini elan edib.

Bu hadisə və xəbərdarlıqlar Rusiyada prezident seçkisi öncəsi kəşfiyyat hazırlıqlarının qiymətləndirilməsinə əsas verir.

Vaşinqton və Londondan gələn siqnallar Rusiyada böyükölçülü terror aktlarının törədilməsi planlarını göstərir. Hərçənd ki, ABŞ və Böyük Britaniyanın Rusiyada hazırlanan terror barədə kəşfiyyat məlumatlarını müxtəlif kanallar vasitəsilə Moskva ilə bölüşdüyü istisna edilməməlidir. Çünki ekstremist təşkilatlar, o cümlədən İŞİD Rusiya ilə yanaşı Avroatlantik məkanın da təhlükəsizliyinə təhdiddir.

Hər halda, bu xəbərdarlıqlar üç nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanıla bilər.

Birincisi, Rusiyada hər hansı təxribat Kremlin Ukraynada başlatdığı müharibəyə daxildə hazırlanan cavab kimi başa düşülə bilər. Yəni mümkün terror aktlarının hazırlanması Rusiyanı Ukraynada apardığı hərbi kampaniyadan çəkindirmək narrativlərinə malikdir.
İkincisi, Rusiyada prezident seçkisində ölkə başçısı Vladimir Putinin qələbə qazanmaq ehtimalının yüksək olması Moskvanın Ukraynada hərbi imkanlarını tədricən genişləndirmək perspektivini ortaya qoyur. Çünki seçkinin nəticələrindən sonra Kreml Vladimir Putinin qələbəsini əlamətdar hadisə kimi qiymətləndirmək təbliğatını aparacaq. Ardınca isə Rusiyanın Ukrayndakı uzunmüddətli müharibə səylərinə əlavə daxili dəstək qazandırılması istiqamətində təşəbbüslər gözə çarpacaq.

Üçüncüsü, Rusiyanın daxilində terror aktları ilə etirazlar yaradıb onları yönləndirmək gündəliyi masada ola bilər.

Ancaq konkret olaraq bu planların müəlliflərin hansı qüvvələr olduğunu müəyyən etmək də çətindir. Proqnozlaşdırmaq olar ki, seçki ərəfəsində Rusiyada irili-xırdalı təxribat cəhdləri görünəcək.

Bu amil Rusiyanın xarici təhdid mövzusundakı çağırışlarının təkrarlanmasına gətirib çıxara bilər. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 632   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr